Xoruzu banladı, cəzasını yiyəsi çəkdi
Almaniyada gündə təxminən 200 dəfə banlayan "Maqda" adlı xoruzun sahibi məhkəməyə verilib.
Adalet.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Qeyd olunub ki, qonşular xoruzun səhər saat 8-dən gündə 200 dəfə banlamasının “işgəncə” kimi olduğunu bildiriblər.
Məlumata görə, "Maqda"nın sahibi 50 yaşlı Maykl toyuq saxladığı üçün xoruza ehtiyacı olduğunu söyləyərək özünü müdafiə edib: “Toyuqların xoruza ehtiyacı var. Yoxsa onlar bir-birlərini yolarlar”
Maykl 2018-ci ildə bağçasındakı yumurtaları toplamaq üçün 5 cücə aldığını, ancaq onlardan birinin xoruz olduğunu bildirib.
Eminquey
Digər Xəbərlər
18 Sentyabr 2026 15:22
Yeni pişik növü kəşf edilib
18 Sentyabr 2026 09:34
Siçan beyninə insan hüceyrələri yerləşdirdilər
18 Sentyabr 2026 09:17
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
17 Sentyabr 2026 17:05


Bakı -°C

