adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Dekabr 2018 12:17
22822
MƏDƏNİYYƏT

Xoreoqrafiya Akademiyasında Xalq şairi Məmməd Arazın 85 illiyi qeyd olunub

BakıXoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) Xalq şairi Məmməd Arazınanadan olmasının 85 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib.

Adalet.az xəbər verir ki, tədbirdəBakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor TimuçinƏfəndiyev, akademiyanın professor-müəllim və tələbə heyəti iştirak ediblər.Akademiyanın rektoru, professor Timuçin Əfəndiyevkonfransı giriş sözü iləaçaraq Məmməd Arazın həyat yolu, fəaliyyəti və yaradıcılığından bəhs edib. T.Əfəndiyev qeyd edib ki, Xalq şairi Məmməd Araz yaradıcılığında əksetdirdiyi mövzu dairəsinin genişliyi vərəngarəngliyi ilə ədəbiyyatımızda qiymətli mövqe qazanıb:” Xüsusilə də şairinyaradıcılığındakı milli azadlıq ideyası, vətənpərvərlik, və Cənubi Azərbaycannisgili özünü qabarıq şəkildə biruzə verir. Buna nümunə olaraq "Ayağa dur, Azərbaycan”,"Bu gecə yuxumda Arazı gördüm”, "Məndən ötdü, qardaşıma dəydi” və bir çox başqaşeirlərini göstərmək olar”.

SonraBXA-nın İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent Aygül Hüseynova da tədbir iştirakçılarına görkəmli şair Məmməd Arazhaqqında ətraflı məlumat verib.A. Hüseynova bildirib ki, şairin şeirlərində həyateşqi, insani duyğular, folklor nümunələri geniş və dolğun əks olunmuşdur.

Tədbirdə həmçinin Azərbaycan dili və ədəbiyyatıkafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Əliyev"Məmməd Araz yaradıcılığında milli istiqlal ideyalarının tərənnümü”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıqov"Poeziyamızın Məmməd Araz zirvəsi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentFərhunə Atakişiyeva "Məmməd Araz şeirinin poetik özünəməxsusluğu” adlı məruzələrləçıxış ediblər.

Daha sonra isə Məmməd Arazın 85 illik yubileyinə həsr edilmiş kitab sərgisinümayiş olunub. Sərgidə şairin çap olunmuş kitabları və şeirinə bəstələnmişmusiqi diski yer alıb.

Elmi-nəzəri konfrans tələbələrin ifasında Məmməd Arazın şeirlərindənseçmələr və şairin şeirlərinə bəstələnmiş mahnılarla yekunlaşıb.

Xatırladaq ki, 1933-cü ildə Şahbuz rayonundaanadan olan Məmməd Araz Azərbaycan ədəbiyyatdakı xidmətlərinə görə "Əməkdar incəsənətxadimi”, "Xalq şairi”, "İstiqlal” ordeni və bir sıra fəxri adlara layiq görülüb.