adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Aprel 2019 16:15
14685
ELM VƏ TƏHSİL

Xoreoqrafiya Akademiyasında konsertmeyster ustalığı üzrə I respublika müsabiqəsi keçirilib

BakıXoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) akademiyanın 90 illikyubileyinə həsr olunmuş konsertmeyster ustalığı üzrə I respublika müsabiqəsikeçirilib.

Tədbirin əvvəlində BXA-nın rektoru, Əməkdar elmxadimi, professor Timuçin Əfəndiyevin müsabiqə iştirakçılarına ünvanlanmışsalamlama məktubu oxunub:"90 ilə yaxıntəhsil və sənət ənənələri olan, uzun illər boyu davamlı fəaliyyətdən sonra2014-cü ildə Respublika Prezidentinin müvafiq Sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbininbazasında yeddi təhsil pilləsini, o cümlədən ibtidai, ümumi orta, tam orta,orta ixtisas, bakalavriat, magistratura, doktoranturanı özündə birləşdirən BakıXoreoqrafiya Akademiyası Təhsil Kompleksi yaradılmışdır.

Akademiya qarşısında duran mühüm vəzifələrdən biri də xoreoqrafiya sənətiilə yanaşı, onunla sıx əlaqədə olan ixtisas və sənət sahələrinin təlim-tədrisinivə tədqiqini həyata keçirməkdir.

Konsertmeyster ustalığı üzrə I Respublika Müsabiqəsi də məhz bunaxidmət edir. Bu münasibətlə bütün müsabiqə iştirakçılarını təbrik edir, hər biriştirakçıya uğur və müvəffəqiyyətlər arzu edirəm”.

Sonra isəiki mərhələdən ibarət olan müsabiqənin Bakı MusiqiAkademiyasının tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyevanın sədrliyiilə münsiflər heyətiBakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri, Xalqartisti Kamilla Hüseynova, Bakı Xoreoqrafiya Akademiyasının xarici əlaqələr üzrə prorektoru, Xalq artistiTəranəMuradova, Bakı Xoreoqrafiya Akademiyasının Baletmeyster sənəti kafedrasınınmüdiri, professor Lyudmila Həsənova, Bakı Musiqi Akademiyasının Konsertmeysterustalığı kafedrasının müdiri, professor Leyla Abbasquliyeva, Əməkdar müəllim,professor Gülnarə Acalova iştirakçılara təqdim edilib.

Daha sonra müsabiqə "La performance dei maestro” adlı konsertproqramı ilə davam edib.

Qeydedək ki, 2 gün davam edən yarışmaya Azərbaycanın müxtəlif bölgələrindən 50-yə yaxın gənc ifaçı qatılıb. Münsiflər heyətinin qiymətləndirməsi nəticəsində I yerə Nərmin İbrahimova, Tutu Məmmədli,ÜlviyyəDadaşova, Rəna Zəkiyeva, II yerə Mənzər Arzumanzadə,Arzu Hüseynova,Aydan Cəfərova,Cəmalə Abdinzadə və III yerə Adilə İbrahimli, Səma Xəlilzadə,Simuzər Səmədova,Dinarə Rəhimova, Elnur Cəfərli layiq görülüb.

İlküç yerin qalibləri diplomlar, müsabiqə iştirakçılarına isə sertifikatlartəqdimedilib.