adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Dekabr 2018 15:46
22892
MƏDƏNİYYƏT

Xoreoqrafiya Akademiyasında bayram konserti

Bakı Xoreoqrafiya Akademiyası TəhsilKompleksində (BXA) Dünya AzərbaycanlılarınınHəmrəylik Günü və Yeni ilə həsr olunmuşbayram konserti keçirilib.

Konsert başlamazdan öncə izləyicilərə vətənpərvərlikmövzusunda video çarx nümayiş edilib. Daha sonra isə Akademiyanın İncəsənətfakültəsinin tələbələri bayram konsert proqramı ilə çıxış ediblər. KonsertdəBakı Xoreoqrafiya Akademiyasının tələbələri Əməkdar artistlər Yuri Lobaçov vəNigar Rzayevanın təqdimatında "Tanqo” rəqsi, İncəsənət fakültəsinin I və III kurstələbələrinin ifasında "Azərbaycan süitası”, "Sevgi valsı”, "Yeni il”, "Aylı rəqsi”, "Uzundərə”, "Yallı”və digər rəqslər nümayiş edilib, əsərlər səsləndirilib.

Konsert proqramı tamaşaçılarda xoş əhval-ruhiyyəyaradaraq böyük coşqu ilə qarşılanıb.