Xocəsən-də metro olacaq
"Avtovağzal” stansiyasının tikintisi başa çatdıqdan sonra qatarların getməsi üçün yeni elektrik deposu inşa olunacaq”. Adalet.az xəbər verir ki, bunu SİA-ya "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O bildirib ki, yeni depo Xocasən qəsəbəsi ərazisində tikildiyi üçün "Xocasən” adlanacaq.
Onun sözlərinə görə, yeni elektrik deposunun tikinti işləri ilə
bağlı artıq hazırlıqlara başlanılıb: "Sözügedən deponun tikintisi ilə bağlı
"Bakı Metropoliteni” üçün ayrılan ərazidə tikintiyə başlamaq üçün
hazırlıq işləri gedir. Bu işlər başa çatdıqdan sonra deponun tikintisinə
başlanacaq”.
"Dərnəgül” deposunun tikintisi ilə bağlı işlər haqqında
məlumat verən N. Paşayev vurğulayıb ki, bu deponun tikintisi ilə bağlı
işlər öz qaydasında gedir: "Bakı Metropoliteninə” ayrılan ərazidən qaçqın
və məcburi köçkünlər köçürüldükdən sonra işlər qaydasındadır. Bu deponun
ərazisində inzibati binalar, kommunikasiya xətləri və perron stansiyaların
tikintisi nəzərdə tutulub”.
"Memar Əcəmi 2” stansiyasının tikintisinə gəlincə, mətbuat
xidmətinin rəhbəri qeyd edib ki, "Memar Əcəmi 2” ilə "Avtovağzal” stansiyası
eyni xətt üzərində olduğu üçün onların tikintisi bərabər şəkildə aparılır: "Hər
iki stansiya ilin sonunadək istifadəyə veriləcək”.
N.Paşayev əlavə edib ki, ilin sonunda həmçinin Elmlər
Akademiyası metrosunun II çıxışının da istifadəyə verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, hazırda metropolitenin tərkibində fəaliyyət
göstərən Nəsimi-Nərimanov elektrik deposu var.


Bakı -°C

