Xocalı və Xankəndi şəhərlərinə infotur təşkil edilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Xocalı və Xankəndi şəhərlərinə növbəti infotur təşkil olunub.
Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində təşkil edilən infoturda müxtəlif peşə sahibləri iştirak ediblər. İnfotur iştirakçıları Xocalı və Xankəndi şəhərləri ilə tanış olub, burada həyata keçirilən bərpa və quruculuq işləri, yaradılan məşğulluq imkanları barədə ətraflı məlumatlandırılıblar. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bu şəhərlərdə genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir, infrastruktur bərpa olunur və burada yaşayan sakinlər üçün müasir şərait yaradılır. İnfotur çərçivəsində iştirakçılar Qarabağ tekstil fabrikinə baş çəkiblər.
Onlara müəssisənin fəaliyyəti, iş şəraiti və əmək resurslarının idarə edilməsi prinsipləri barədə ətraflı məlumat verilib. Daha sonra iştirakçılar Qarabağ Universitetində olublar. Onlara burada yaradılmış təhsil infrastrukturu, tədris şəraiti və qarşıdakı inkişaf planları haqqında məlumat verilib. İnfotur iştirakçıları səfərin faydalı və maarifləndirici olduğunu qeyd ediblər. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş digər ərazilərə də infoturların təşkili davam etdiriləcək.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

