adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Fevral 2020 20:07
17782
MƏMLƏKƏT

Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub

Fevralın24-də AMEA N. Gəncəvi adına Milli Azərbaycan ƏdəbiyyatıMuzeyinin Aran regional filialı Atakişili kənd tam orta məktəbi ilə birgəXocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirmişdir.

TədbirdəXocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonraAzərbaycan dövlət himni səsləndirilmişdir.

Tədbirigiriş sözü ilə açan AMEA N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı MuzeyininAran regional filialının müdiri Yaqut Bahadurqızı xalqımıza qarşı törədilən bu faciənintarixi kökləri haqqında ətraflı məlumat vermişdir. O, çıxışında 90-cı illərin əvvəllərindəölkəmizdə yaranan xaos və anarxiya nəticəsində bir çox bölgələrimiz kimi Xocalışəhərinin də nəzarətdən kənarda qalmasından, bundan istifadə edən erməni hərbibirləşmələri 366-cı motoatıcı alayının köməkliyi ilə Xocalıda misli görünməmişfaciə törətməsindən, nəticədə minlərlə Xocalı sakininin qətlə yetirilməsi,yaralanması və əsir götürülməsindən bəhs etmişdir. Bu soyqırım hadisəsi yalnızÜmummilli Lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonraöz həqiqi qiymətini almışdır.



MonitordaXocalı soyqırımının dəhşətlərini əks etdirən kadrların nümayişi, şagirdlərin təsirliçıxışları, dəhşətli soyqırıma həsr olunmuş şeirlər, qəmli musiqilər tədbiriştirakçılarına kədərli anlar yaşatmışdır.

Sonda Kürdəmir rayon Atakişili kənd tam ortaməktəbin direktoru Aytən Əkbərova çıxış edərək şagirdləri xalqın qan yaddaşıolan Xocalı soyqırımını, eləcə də, işğal olunmuş digər torpaqlarımızda törədilmişqanlı cinayətləri, vəhşilikləri unutmamağa, Vətən, torpaq uğrunda mübarizəyə hərzaman hazır olmağa çağırdı. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiəolunmasında, xalqımızın tarixi, başına gətirilmiş faciələrlə bağlı tədbirlərinkeçililməsinin böyük əhəmiyyətindən bəhs etmiş və tədbir iştirakçılarına vəqonaqlara minnətdarlığını bildirmişdir.

Tədbiriştirakçıları Atakişili kənd tam orta məktəbinin şagirdlərinin Xocalısoyqırımına həsr etdikləri əl işləri və rəsmlərdən ibarət sərgi ilə tanışolmuşlar.