Xızıda top mərmisi tapıldı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonu, Yeni Yaşma qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Adalet.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 76 mm-lik OF-350 top mərmisi olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Digər Xəbərlər
28 Mart 2026 23:49
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO + YENİLƏNİB
28 Mart 2026 15:31
Xaçmazda yaşayış evlərini su basdı - Sakinlər təxliyə edildi - VİDEO
28 Mart 2026 13:50
Xırdalanda binanın zirzəmisinə su doldu - VİDEO
28 Mart 2026 13:21


Bakı -°C

