XİN-dən müsəlman ölkələrinə Qarabağ çağırışı
"İşğal edilmiş ərazilərimizdə Ermənistan tərəfindən qeyri-qanuni iqtisadi fəaliyyətin və məskunlaşdırma siyasətinin aparılmasının, yerli resursları talamaqla istehsal edilən malların xarici bazarlara çıxarılmasının qarşısını alan addımlar atılmalıdır”.
Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün "İslam həmrəyliyi -zamanın çağırışı” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Hazırda işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyət və məskunlaşma siyasəti yürüdür, yerli məhsulları qondarma brendlər altında xarici ölkələrə çıxarmağa çalışırlar. Bunların qarşısının alınmasında İslam Əməkdaşlıq Təşkilatının dəstəyinə güvənirik. İƏT ölkələri KİV-inin bu məsələri işıqlandırmaq istiqamətində fəaliyyətlərini gücləndirməsini xahiş edirik. Azərbaycan bir sıra müsəlman ölkəsində olan müharibə və münaqişələri yaxşı anlayır. Bunların həll olunması üçün səylərin birləşdirilməsi və qarşılıqlı dəstək mexanizminin yaradılmasını zəruri hesab edirik”.
"Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı Azərbaycanın taleyüklü məsələsidir" deyən Xələf Xələfov bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tələb edir: "Bu kimi məsələlərin dünya ictimaiyyətinə çatdırılmasında İslam həmrəyliyinin böyük əhəmiyyəti var. Bu mənada İslam Əməkdaşlıq Təşkilatının rolunu və işğalla bağlı kontakt qrupunun yaradılmasını yüksək qiymətləndirir, İƏT-ə bu məsələyə siyasi və hüquqi qiymət verməsinə görə təşəkkür edir, digər İslam ölkələrini də bu sahədə həmrəylik nümayiş etdirməyə çağırırıq”.
Nazir müavini İƏT ölkələrinin Dağlıq Qarabağdan olan şəxslərin girişini qadağan etməsi istiqamətində də addımlar atdığını əlavə edib.

Digər Xəbərlər
27 Aprel 2024 21:10
"Hər gün mülki əhalimiz Ermənistanın yerləşdirdiyi mina ilə üzləşir" - Hikmət Hacıyev
26 Aprel 2024 21:53İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41