adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Mart 2020 15:29
11871
DÜNYA

XİN: Türkiyə İtaliyadakı vətəndaşlarını təxliyə edəcək

Türkiyə koronavirus təhlükəsi ilə əlaqədar İtaliyadakı vətəndaşlarını təxliyə edəcək.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, İtaliyadan qayıtmaq istəyən vətəndaşlar qısa zaman ərzində Türkiyəyə çatdırılacaq.

O əlavə edib ki, bu günədək Türkiyədə koronavirusa yoluxma faktı qeydə alınmayıb.