adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Aprel 2018 15:18
10336
GÜNDƏM

XİN: Almaniyada ölən və yaralılar arasında azərbaycanlı yoxdur

Almaniyanın Muenster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə azvision.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
XİN rəsmisi qeyd edib ki, Almaniya polisindən səfirliyimizə verilən məlumata görə, Muenster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşı yoxdur.

Qeyd edək ki, ötən gün Almaniyanın Muenster şəhərində sürücü idarə etdiyi yük avtomobilini bir qrup insanın üstünə sürüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb.