adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Iyul 2019 10:24
28756
MƏMLƏKƏT

XİLASKAR “ALOVÇU”

Bakının7-ci mikrorayon ərazisində gənc qız özünü hündürmərtəbəli binadan atmaqistəyib.


Adalet.az xəbər verir ki aprelayının 7-də, saat 18:30-da Bakının 7-ci mikrorayon ərazisində 18 mərtəbəlibinada L.R qızı intihara əl atıb. O, özünü binanın damındaki xüsusi tikilininiçərisindən, yəni pəncərə sayıla biləcək yerindən ataraq canına qəsd etməkistəyib.

Bu zaman həmin ərazidə xidmət aparan, "Alov” mühafizə xidmətinin 6-cı dərəcəlidəstə komandiri, leytnant Quliyev Qulam Tamerlan oğlu öz sayıqlığınıitirməyərək, gənc qızın olduğu mərtəbəyə qalxaraq, onun həyatnı xilas edib.

Hadisəbarəsində danışan Qəhrəman "Alovçu” bildirib ki, onu gördüyü iş sadəcə vəzifəborcudur: "Mən uzaqdan gördüm ki, xanım binadan özünü atmaq istəyir. Dərhal qızınolduğu mərtəbəyə qalxdım, xanım artıq yarımtiklidən sallanaraq aşağı düşməküzrə idi. Özümü itirmədən tez qızdan yapışıb, özümə tərəf çəkdim. Az qalaikimizdə hündürlükdən düşəcəkdik. Şükürlər olsun ki,hər şey yaxşı sonlandı.Onunhəyatını xilas edə bildim. Bir anlıq düşündüm ki, mən kiməsə həyat verdim.Əslində belə hadislərə qarşı diqqətli olmaq hər bir Azərbaycan vətəndaşınınborcudur. Mən belə hadisə ilə ilk dəfə rastlaşırdım”.

İntiharetmək istəyən qızın atası redaksiyamızda olarkən "Alov” mühafizə xidmətinin əməkdaşı Quliyev Qulamın bu hərəkətiniqəhrəmanlıq adlandırıb və ailəsi adından ona təşəkkür edib:"Mənim və ailəmin gözündə Qulam Quliyev qəhrəmandı. O, mənim balamı yenidənhəyata qaytarıb. Buna görə də mən və ailə üzvlərim Qulam Quliyevəminnətdarlığımızı bildiririk. Əgər həmin vaxt Qulam gəlib çatmasaydı, qızım ölədə bilərdi. Çox şükür indi qızım bizimlədir”.