Xəzəryanı dövlətlərin nümayəndələri bir araya gəlib
Bu gün Tehranda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə xüsusi işçi qrupun 47-ci iclası keçirilir.
Adalet.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iclası açaraq Xəzərin hüquqi statusu ilə bağlı müzakirələrin qarşılıqlı anlaşma şəraitində keçdiyini qeyd edib.
O, tərəflərin müzakirələr zamanı konstruktiv mövqe nümayiş etdirdiklərini, bunun da problemin ədalətli şəkildə həll olunmasına imkan yaratdığını söyləyib. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov çıxışında bildirib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması istiqamətində aparılan danışıqlar konstruktiv xarakter daşıyır. Dövlət başçılarının Zirvə toplantıları çərçivəsində əldə olunmuş razılaşmalar, qəbul edilmiş qərarlar Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın əsas prinsiplərinin razılaşdırılması prosesinə öz töhfəsini verib və ümumilikdə Konvensiya layihəsi üzrə işin sürətləndirilməsini təşviq edir.
İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələri çıxış edərək deyiblər ki, Xəzəryanı dövlətlər bütün məsələləri birgə müzakirə edib razılığa gəlməlidirlər. Çıxışlarda müzakirələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb.
İclasda Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edir.
İclas oktyabrın 24-də işini davam etdirəcək.
Digər Xəbərlər
26 Aprel 2024 21:53
İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41QƏRƏZLİ QƏTNAMƏLƏRİN YEGANƏ SƏBƏBİ QARABAĞI AZAD ETMƏYİMİZDİR
26 Aprel 2024 19:00