Xəzərin mühafizəsi ilə bağlı protokol imzalanıb

Moskvada "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın (Tehran Konvensiyası) Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Azərbaycanı sessiyada ekologiya və təbii sərvətlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Sessiya zamanı "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair Protokol” beş Xəzəryanı ölkə tərəfindən imzalanıb.
Protokolun məqsədi Xəzər dənizi hövzəsində nəzərdə tutulan təsərrüfat fəaliyyətlərinin gözlənilən təsirlərindən qorunması üçün ətraf mühitə təsirlərin transsərhəd qiymətləndirilməsinin aparılması, şəffaflıq və davamlı inkişaf prinsiplərinin təmin olunmasıdır.
Qeyd edək ki, "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” 12 avqust 2006-cı il tarixində qüvvəyə minib.
Digər Xəbərlər

Qazaxın kəndlərinin Azərbaycana qaytarılmasından BİR İL ÖTÜR

Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir - FOTOLAR

Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb

"Anadolu Ankası - 2025" təlimi başa çatıb - VİDEO

Türkiyənin aparıcı şirkətləri foruma hazırlıqla bağlı mətbuat konfransı keçirdi

Hikmət Hacıyev Bakı-Ağdam qatarı ilə bağlı paylaşım etdi
jpg-1747994625.jpg)