Xəzərin hüquqi statusu Astanada müzakirə ediləcək
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun növbəti iclası 21-24 may 2018-ci il tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcək.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, xüsusi işçi qrupunun Azərbaycan tərəfindən rəhbəri, xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti bununla əlaqədar Astana şəhərində səfərdədir.
İclas zamanı Konvensiya layihəsi ilə bərabər, Xəzəryanı dövlətlərin dövlət başçılarının 5-ci zirvə toplantısına aid digər sənədlərin də müzakirəsi nəzərdə tutulur.
Səfər çərçivəsində, həmçinin, Azərbaycan və Qazaxıstan xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.
Digər Xəbərlər
27 Aprel 2024 21:10
"Hər gün mülki əhalimiz Ermənistanın yerləşdirdiyi mina ilə üzləşir" - Hikmət Hacıyev
26 Aprel 2024 21:53İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41