Xəzərdə torla balıq tutan şəxs yaxalandı
Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.
Adalet.az DİN-ə istinadən məlumatına görə, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı Abşeron Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında qanunsuz ov edən şəxs müəyyən edilib.
Bildirilib ki, 30 yaşlı E. Çərkəzovun üzərindən qanunsuz balıq ovunda istifadə etdiyi sintetik torlar və ümumi çəkisi 26 kiloqram olan 95 ədəd müxtəlif növ balıq aşkarlanaraq götürülüb.
Araşdırma zamanı məlum olub ki, qanunsuz fəaliyyət nəticəsində təbiətə 1067 manat məbləğində ziyan dəyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
13 Avqust 2026 11:49
Şuşakənddə insan sümüyünə bənzər qalıqlar tapıldı - Araşdırma aparılır
13 Avqust 2026 11:08
12 yaşlı Tapdıq öz maşınında həlak olub... - ŞOK DETALLAR
12 Avqust 2026 13:53
Dünən dənizdə batan “Krosna”nın solisti imiş
12 Avqust 2026 12:41


Bakı -°C

