Xəzərdə neft quyusu alovlandı
Xəzər dənizində Qazaxıstanın Manqistau ərazisindəki Kalamkas neft quyusunda yanğın baş verib.
Adalet.az xəbər verir ki, "JSC Mangistaumunaigaz" şirkətinə məxsus quyuda müşahidə edilən yanğının hündürlüyü 10 metr çatır, ərazisi isə 900 kvadrat metri əhatə edir. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğını söndürmək üçün 14 yanğınsöndürən və 4 texniki vasitə cəlb edilib.
Qeyd edək ki, "JSC Mangistaumunaigaz" Qazaxıstanın ən böyük neft şirkətlərindən biridir. 1996-cı ildə fəaliyyətə başlayan şirkətin ölkədə 36 neft və qaz yatağı var.
Digər Xəbərlər
26 Aprel 2024 16:24
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF
25 Aprel 2024 18:27