adalet.az header logo
  • Bakı 28°C
04 Iyul 2022 15:08
472
MƏMLƏKƏT

Xəzərdə dalğanın hündürlüyü 2,7 metrə çatıb - FAKTİKİ HAVA

İyulun 4-ü saat 14:00-a olan məlumata əsasən, hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçib, lakin bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub.

Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, gecə saatlarında başlayan yağış nəticəsində 4 iyul saat 04:00-05:00 radələrində Zaqatala rayonu ərazisindən axan Qaraçaydan (Böyükçay), Talaçaydan, Qımırdan, Qımırbazar kəndindən sel keçib və hal-hazırda davam edir.

Düşən yağışın miqdarı Balakəndə 83.0 mm (aylıq normanın 108 %-i), Zaqatalada 80.0 mm (aylıq normanın 104 %-i), Sarıbaşda (Qax) 22.0 mm, Kişçayda (Şəki) 16.0 mm, Astarada 14.0 mm, Qəbələdə 10.0 mm, İsmayıllıda 9.0 mm, Xınalıqda 8.0 mm, Altıağac, Xaltanda 7.0 mm, Qrızda 5.0 mm, Bərdədə 4.0 mm, Şahdağ, Qobustanda 3.0 mm, Ləzə (Qusar), Oğuzda 2.0 mm, Ağdamda 1 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda qar yağıb, qar örtüyünün hündürlüyü 1 sm olub. Qərb küləyi arabir Naftalanda 20 m/s, Bakıda və Abşeron yarımadasında 15-17 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Havanın maksimal temperaturu iyulun 3-də Bakıda iqlim normasından 1.0° aşağı olub, Bakıda və Abşeron yarımadasında 25-27° isti, Naxçıvan MR-da 27-33° isti, dağlıq rayonlarda 17-21° isti, aran rayonlarında 26-33° isti olub.