Xəzərdə 12 kq narkotik aşkarlandı
Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Adalet.az-a verilən məlumata görə, fevralın 1-də saat 15:05-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Astara reydində, Xəzər dənizinin Azərbaycan Respublikası sektorunda sahildən 11.4 mil məsafədə sənaye üsullu lövbərə bağlanmış 2 ədəd kisə aşkar edilmişdir.
Kisələrə baxış zamanı ümumi çəkisi 12 kiloqram 60 qram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
13 Dekabr 2025 17:11
Azərbaycanda bir gündə 260 nəfər saxlanılıb
13 Dekabr 2025 14:08
Salyanda narkotik vasitə satmaq istədilər - Tutuldular
13 Dekabr 2025 12:40
Bakıda quldurluq edib Tərtərdə gizləndi - VİDEO
13 Dekabr 2025 11:02
İşğaldan azad olunan bölgələrdə silah-sursat aşkarlandı
11 Dekabr 2025 12:45
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədi - FOTO
11 Dekabr 2025 10:09
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı
10 Dekabr 2025 15:01
DTX xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslərİ saxladı - VİDEO
10 Dekabr 2025 10:28


Bakı -°C

