adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
05 Avqust 2019 17:09
20422
ƏDƏBİYYAT

Xəzər fatehi üçün dəniz darıxır

Mavi gözlü Xəzərin cilvələnənsularını, qağayıların səs-küylü uçuşlarını, Bakı buxtasından aralanmış gəminindənizin üzərində saldığı ağ cığırı seyr edə-edə Neft daşlarına-dünyanın "səkkizincimöcüzəsi”nə - polad dirəklər üzərində qurulmuş "əfsanəvi şəhərə” çatdı. Xəzərintez-tez şahə qalxan dəlisov dalğaları, tufanın, qasırğanın "sərt üzü” onu heçvaxt qorxuda bilməyib.

Papağını havayı yerə günə yandırmayıb və möcüzələr adasına öz arzusu,istəyi ilə işləməyə gəlib, sonra Xəzərin şıltaqlığına, "sərt üzünə”, çətinneftçi peşəsinə dözməyərək polad adanı həmişəlik tərk edənlərə oxşamayıb. Neftdaşlarının gecə-gündüz qaynayan həyatına, mayası zəhmətdən yoğrulmuş insanlarınqüdrətinə, fədakar iş yoldaşlarına, dostlarına vurulduğu, ömrünü dənizəbağladığı üçün buradan heç vaxt ayrıla bilmədi. Heç o özü də əvvəlcə deyə bilməzdiki, Qurban Abbasov, Akif Əmənov, Mixail Kaveriçkin kimi dəniz fatehləri iləbirlikdə əfsanəvi şəhərin ən zəhmətkeş, hörmətli və ləyaqətli, ad-san, nüfuzsahibinə, ən gənc Sosialist Əməyi Qəhrəmanına çevriləcək! Lenin ordeni və"Qızıl ulduz” medalına layiq görüləcək, onun haqqında şeirlər, poemalar, oçerkləryazılacaq, "Xəzərlə döyünən ürək” sənədli povesti nəşr olunacaq, mahnılar bəstələnəcək,mavi ekrandan göstəriləcək, məclislərin yuxarı başında olacaq yeri. Onun fədakarəməyi iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına, QırmızıƏmək Bayrağı ordeninə, Ümumittifaq Mərkəzi Həmkarlar İttifaqı Şurasının Fəxri fərmanına,Ümumittifaq XTNS-nin "Kiçik gümüş” və "Böyük gümüş” medallarına, "Əməkdarinşaatçı” adına layiq görüləcək! Bir neçə qurultaya nümayəndə seçiləcək!

Xəyallar onu tərkinə alıb dünyaya göz açdığı, ilk dəfə həyatın, zəhmətinşirinliyini daddığı, saf havasını udduğu, kəhrizin diş göynədən büllur suyunuiçdiyi Niməkeş kəndinə aparıb çıxartdı. Həyatında qeyri-adi nə vardı? Əslindəheç bir şey. Ancaq onun halal zəhmətə, yaradıcı əməyə bağlılığı, iradəsi, qətiyyəti,insanlığı, prinsipiallığı, söz yox ki, çoxlarından fərqli idi, ona həyatda əbədibir iz, yaşantı qoymaqda kömək etdi! Xanoğlan Bayramov "kabinet adamı” ola bilməyəcək,həyatda öz fikrini çəkinmədən, sərbəst deməyi bacaracaq, həmişə müstəqil düşüncətərzinə malik olacaq, səriştəsiz, astagəl rəhbərlərin səhvini çəkinmədən üzünədeyəcək, xalqına, Vətəninə kişi kimi xidmət edəcək, ən ağır, ən təhlükəli sahələrdədöşünü irəli verəcək. Azərbaycanın şöhrətini,qüdrətini artıran "qara qızıl” çıxaranlara misilsiz kömək edəcəkdi. "Abşeron”romanının neçə-neçə gənc qəhrəmanına əsl həyat və təcrübə dərsi keçəcək, həqiqiəməkçi insan mücəssəməsi kimi neft daşlarında hamı onu barmaqla göstərəcək,xeyirxahlığına, insanlığına, ziyalılığına, ağsaqqallığına hörmətləyanaşacaqdı...

Tarixləşmiş anlar

1933-cü ilin sentyabr ayında Lerikin Niməkeş kəndində həyata göz açanXanoğlan Bayramov beş yaşında olarkən Lənkəranın Avrora sovxozuna köçüblər.Atası Vəli kişi neft sənayesində çalışırdı. O istəyirdi ki, oğlu da neftçiolsun, yerin dərinliklərində gizlənmiş xəzinəyə, "qara qızıl”a sahib olsun,xalqın tərəqqisi üçün əlindən gələni əsirgəməsin. Bunun üçün peşə təhsili, səriştəsidə lazım idi. FZU-nu – fabrik-zavod məktəbini bitirdikdən sonra 1950-ci ilinmay ayından elektrik qaynaqçısı peşəsinə yiyələndi bu gənc. Lakin sinəsində vulkangizlənmiş gənc Xanoğlan "Ordconikidzeneft” tikinti-quraşdırma kontorunda işəbaşlayır. Sonralar isə o, lazım olan bütün ixtisasları-quraşdırıcı, sürücü,ekskavatorçu, krançı, maşinist, borudüzən traktorçu, elektrik mantyoru və s.peşəkarcasına öyrənir. Aydan-aya, ildən-ilə deyil, gündən-günə şərəfli zəhmətmeydanında gərgin fiziki əməklə məşğul olurdu. Neftçi əməyinə yaradıcılıqla,elmi əsaslarla yanaşmaq onu daha çox maraqlandırırdı. Yayın bürküsündən, qışınsazağından üzü bərkiyib tunca dönmüşdü. Gecə-gündüz işləməklə bərabər orta təhsilalmış, Bakı Neft Texnikumunun axşam şöbəsini bitirmiş, qazma üzrə texnikixtisasına yiyələnmişdi. 1953-cü ildən "Azərdənizneftinşaat” trestindəqaynaqçı, iş icraçısı işləmişdir. 1967-ci ilin sentyabr ayında bir il müddətindəBolqarıstana xidməti ezamiyyətə göndərilmiş, Qara dənizin Bolqarıstan şelfindəhidrotexniki qurğuların ilk qurucusu və Qara dəniz fatehi kimi ad çıxarmışdı.Ona mətbuatda çoxlu yazılar həsr olunmuşdu. Şöhrəti getdikcə hər yerəyayılırdı.

Xanoğlan Bayramov xarici ölkəyə ezamiyyətdən qayıtdıqdan sonra işicraçısı, tikinti-quraşdırma idarəsinin rəisi və "Xəzərdənizneftinşaat”trestinin müdiri vəzifəsinə təyin olunmuşdu. Sonra isə bu trestin müdir müaviniolmuş, 1995-ci ildən ömrünün sonunadək o, bu trestin 1 saylı İxtisaslaşdırılmışTəmir-Tikinti İdarəsində rəis vəzifəsində çalışmışdı. Vəzifəsini həmişə məsuliyyətlə,yüksək təşkilatçılıq bacarığı ilə icra etmişdir.

O həmişə yenilik hissi iləyaşayırdı

...Xəzərin dərin qatlarına hücum getdikcə reallaşırdı. O vaxtlar Neftdaşlarında estekadanın polad dirəkləri dənizin dərinliyinin 42 metrə çatan sahəsindəqərar tutmuşdu. İlk dərinlik özülünün inşası ilk təcrübə olduğu üçün çox məsıuliyyətliiş idi. İlk stasionar dəniz özülünü "Günəşli” yatağında quraşdırmaq tapşırığınıicra etmək Sosialist Əməyi Qəhrəmanı Xanoğlan Bayramovun rəhbərlik etdiyi idarəyəhəvalə olundu. Quraşdırıcı inşaatçılar işə həvəslə, yeni texnologiya əsasındabaşladılar, hər şeyi dəqiqliklə ölçüb-biçdilər. 1977-ci ilin noyabr ayında Xəzərinekvatoriyasında dərinliyi 87-94 metrə çatan sahədə 1 saylı özül təhvil verildi.Görülmüş işin keyfiyyəti rəhbərliyi də razı saldı. Quraşdırıcı inşaatçılar dənizözüllərinin tikintisi ilə bərabər, on kilometrlərlə estekada, açıq dənizdəkompressor stansiyaları, körpülər, yüz kilometrlərlə neft-qaz kəmərini, sənayevə məişət obyektləri, digər sənaye və məişət oblyektləri, yataqxana kompleksiistifadəyə verdilər. Dəniz qurğuları ustası, Xəzərin fatehi dəfələrlə dənizincoşğun dalğaları ilə qarşılamalı olmuş, hər dəfə də mübarizədə qalib çıxmışdı.Bolqarıstanda olarkən Xanoğlan Bayramov 18 diametri olan boruların içərisində16 diametri olan başqa boruların yerləşdirilməsini məqsədəuyğun bilib həminüsuldan istifadə etdi. Boruların iç-işə yerləşdirilməsi onların ömrünü birə-onqat artırdı.

Xəzərdə hidroqurğuların mühafizəsi problemi dəniz qəhrəmanını həmişənarahat edirdi. O, bu barədə çoxlu səmərələşdirici təklifin müəllifi oldu. Xəzərindəniz havası, şahə qalxan dalğaları şor su gecə-gündüz öz işini görür vəkorroziyanı iki-üç qat sürətləndirir. Estekadaların suüstü hissələrinə xüsusi rəngçəkilsə də, suda elektrik sahəsi yaradılsa da bu paslamanın qarşısını tam alabilmir, qoca hidrotexniki qurğunun əsaslı təmirə ehtiyacı olur. Dəniz şəhərciyininikimərtəbəli evlərinə zərər yetirmədən 50-ci illərin əvvəllərində basdırılmışdirəkləri, aşırımları təzələməkdən ötrü Ümumittifaq Dövlət Dəniz Neft-QazQurğuları Elmi-Tədqiqat və Layihə İnstitutunun layihəsinə əsasən 2,5 milyon vəsaitayrılmışdı. Binaların altındakı polad "ayaqları” dəyişmək, şəhərciyi "çiynində” saxlayanpolad dirəklərin, bərkidici qolların təzələnməsi üçün Xanoğlan Bayramovunlayihəsinə əsasən 350 min manat vəsait sərf edildi. Bu optimal variant 2 milyonmanatdan çox dövlət vəsaitinə qənaət etməyə imkan vermişdi. 60-cı illərdəAzərbaycan Dənizneft Tikinti Trestinin istehsalat-texniki şöbəsinin rəisiHüseyn Şıxmətovun layihəsi üzrə yeni estakada quran kranı ilk dəfə Xanoğlanınsahəsində sınadılar. Estekadaları yeni üsulla və sürətlə quran təzə birmexanizmin taleyi ona tapşırılmışdı. İstifadəsiz qalmış min tonlarla borularınyenidən istehsalata qaytarılması ideyası da onundur. Səmərələşdirici, ixtiraçı,yenilikçi, sinəsində ulduz parlayan dəniz fatehi Xanoğlan Bayramovun!

Ürəyi saf, məramı uca Xanoğlan Bayramov

Minlərlə,milyonlarla halal zəhmətlə yaşayan, şərafətli adı ilə seçilən, hörmət-izzət,böyük nüfuz sahibi olan, əməkçilər arasında seçilən Xanoğlan Bayramov olmaqüçün Xanoğlan Bayramov olasan gərək! Neft daşlarının yaradılmasının 50 illikyubileyini qeyd eləmək, dənizdə neft çıxarmanın bayraqdarı Xanoğlan Bayramovaqismət olmasa da "1ara qızıl” ustaları onu unutmadılar, xatiəsini ehtiramla yadetdilər. İqtisadiyyatımızın şah damarı olan neft sənayesində onun əvəzsizxidmətlərini qeyd etdilər. Tanrıdan ona rəhmət və behişt dilədilər. Bakı şəhərİcra Hakimiyyəti başçısının 23 noyabr 1999-cu il tarixli 117 nömrəli sərəncamı iləyaşadığı Əmircan qəsəbəsindəki Fioletov küçəsinə Sosialist Əməyi QəhrəmanıXanoğlan Bayramovun adı verilmişdir. Oğlanları Oqtay və Füzuli, qızı Sevil dəatasının yolu ilə getmiş, neftçi peşəsini seçmişlər.

Mərhumneftçi-inşaatçı respublikanın və Lerikin bütün ictimai-siyasi həyatında fəaliştirak edib. Zorla cəlb olunduğumuz müharibənin vurduğu yaralar, ürəyimizdəqövr eləyən didərgin problemi onu həmişə narahat edirdi. Bakıdakı bağ evini dəkəlbəcərli qaçqına vermişdi. Lerikə su kəmərinin çəkilməsinə kömək edib. Ənəsası da budur ki, 50-ci illərdə köçürülmüş Niməkeş kəndini bərpa edərək onacan verdi, bu kəndə yol və su çəkdirdi, bir neçə ev inşa etdirdi. Təsərrüfatyaratdı, 70 ildə işıq üzü görməyən kəndə ilk dəfə elektrik enerjisi verildi.Hələ başqa abadlıq işləri də görəcəkdi. Lakin buna ömrü çatmadı. İndi ata-babayurdu da onun ayaq izlərinə, isti nəfəsinə həsrətdi. Dünyanın möcüzələr adası,coşğun dalğalı Xəzər onsuz darıxır, yolunu gözləyir. Axı, o: "Dənizsiz darıxıram, dənizsiz yaşayabilmirəm, - deyirdi. – Elə bil həmişə dəniz çağırır məni...”

Bitib-tükənməyənömrün sahibi Xanoğlan Bayramov ömrü boyu uca zirvədə qərar tutmuşdu. Bu ucalığıəziz tutmaq üçün adını yaşatmalı, "polad şəhər”də büstünü qoymalıyıq. "Dənizçağırır məni” sənədli filmi çəkilsə, yəqin neftçi qəhrəmanın ruhu şad olar,məzarı nurla dolar...

İdris Şükürlü,

Azərbaycanın Əməkdar jurnalisti