Xəzər dənizində narkotik əməliyyatı
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən qanunsuz olaraq Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitələrin qaçaqmal yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb.
DXS-nın Mətbuat Mərkəzindən Adalet.az-a verilən məlumata görə, 2018-ci ilin fevral ayının 23-də Astara rayonu ərazisində DSX Sahil Mühafizəsinin texniki-müşahidə məntəqəsi tərəfindən naməlum üzmə vasitəsinin sərhəd sularımıza daxil olması və qısa müddət ərzində geri qayıtması müşahidə olunub.
Üzmə vasitəsinin sərhəd sularımızda hərəkət və dayanma koordinatları üzrə su səthinə baxış keçirilib, 1 buya bərkidilmiş lövbərdə 3 bağlama aşkar edilərək götürülüb.
Bağlamalara baxış zamanı 1325 qram marixuanaya, 560 qram heroinə və 80 qram kristal şəklində heroinə oxşar maddə aşkar olunub.
Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər
06 May 2024 11:54
6.5 milyon manatlıq 150 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
06 May 2024 10:21Cinayətdə şübhəli bilinən 105 nəfər saxlanıldı
06 May 2024 09:49İcarəyə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər TUTULDULAR
04 May 2024 20:37Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 13:58