Xətaidə avtobus qəzası
Bakının Xətai rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Xocalı küçəsində qeydə alınıb.
Məlumata görə, "Shacman” markalı yük maşını dayanacaqda dayanan 30 saylı sərnişin avtobusuna çırpılıb. Avtobusda olan sərnişinlərdən Ləman Qasımova və Lamiyə Vəliəhədova xəsarət alıblar. Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
28 Aprel 2024 21:30