adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Sentyabr 2015 15:54
5132
KRİMİNAL

Xətaidə 17 yaşlı oğlan bıçaqlandı

Dünən axşam saatlarında Bakıda bıçaqlanma hadisəsi baş verib. 


Adalet.az-ın verdiyi xəbərə görə, hadisə Xətai rayonu, M.Hadi küçəsində baş verib.

Bakı sakini 1998-ci il təvəllüdlü Məhəmməd Səfərov avqustun 31-i axşam saatlarında qarnından 3 bıçaq zərbəsi alıb. 

M.Səfərov saat 23:10 radələrində 3 saylı xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.