Xəstənin sağlam ayağını kəsən həkim: “Seçə bilmədim”
Bakıda səhvən xəstənin sağlam ayağını kəsən Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzinin həkimi Valeh Kərimov məsələ ilə bağlı açıqlama verib.
Həkim əməliyyat zamanı səhvə yol verdiyini etiraf edib:"Xəstə 87 yaşında xanımdır, iki ayağı ateroskleroz olub. Xəstənin ayaqlarından biri qanqeranaya uğrayıb. Xəstəyə baxılan zaman bildirildi ki, bir ayağı mütləq amputasiya olunmalıdır. Digər ayağının da sağalma ehtimalı yox idi. Xəstənin ailə üzvlərinə bildirmişdim ki, digər ayağı da 3-4 günə amputasiya olunmalıdır”.
V.Kərimov xəstənin həyatını xilas etmək üçün təcili əməliyyat keçirildiyini bildirib.
"Xəstə təcili əməliyyat olunmalı idi. Təcili kəsiləsi ayağı kəsməliydik. Xəstənin hər iki ayağı sarğıda idi. Hansı ayağının qanqrena olduğunu seçmək olmurdu. Mən mexaniki olaraq səhvə yol verdim. Sonra bildim ki, səhv ayağı kəsmişəm. Xəstənin onsuz da hər iki ayağı kəsilməli idi. Əməliyyat olmasaydı, onun həyatını xilas etmək mümkün olmayacaqdı. Etiraf edirəm, səhvə yol vermişəm. Birinci qanqerana olan ayağı amputasiya etmək lazım idi, sonra ikinci ayağı. Texniki səhv idi. İndiyədək heç bir xəstəm məndən narazılıq etməyib. Sadəcə tibb personallarının səhvi üzündən başıma belə iş gəldi. Əməliyyat masasında sağla solu müəyyənləşdirə bilmədim. Dedim ki, təki xəstənin həyatını xilas edim, əməliyyat tez bitsin”.
Digər Xəbərlər
02 May 2024 10:15
Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15Həftəsonu yuxusu depressiyanı azaldır
27 Aprel 2024 09:19