adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Mart 2020 09:12
37216
ŞOU-BİZNES

Xəstəliklərlə çarpışan məşhurlar: Skalioz, xərçəng, layma, parkinson...

Sonzamanların ən məşhur isimlərindən olan ABŞ-da yaşayan "Ruslana Gee” ləqəbi ilə tanınan azərbaycanlımodel, "fashion” bloqer Ruslana Cavadova"Instagram” hesabında paylaşım edib:

"İlkdəfə həkimə getdiyim vaxtı çox yaxşı xatırlayıram. Həmin vaxt anamdiaqnozu eşidəndə ağlamışdı. Hətta elə bildim ki,hansısa ölümcül xəstəlikdənəziyyət çəkirəm. Skalioz çoxlu problemlər və komplekslər yaradır. Amma bu xəstəlikləömür boyu yaşaya bilərsən”.

Adalet.az xəbərverir ki, o, bu xəstəlikdən əziyyətçəkdiyini ilk dəfə etiraf edib və hansı problemlərlə qarşılaşdığını söyləyib:

"Xəstəlik hansı problemlər yaradır? Uzun müddət gəzə və ayaq üstə qalabilmirəm. Çünki belim ağrıyır və tez yoruluram. Bəzən ağrıdan hərəkət edəbilmirəm. Xoşbəxtlikdən bu, çox az hallarda baş verir. Bir çiynim digərindənaşağıdır. Əgər bu xəstəlik olmasaydı, mən daha da ucaboy olardım.Mənim vəziyyətimdəəməliyyat aparıla bilməz. Yaş keçdikcə skaliozun sağlığıma necə təsir edəcəyinitəxmin etmək də çətin deyil. Hazırda skaliozdan müalicə almıram”.

Teylor Svift

Amerikalı pop ulduz Teylor Sviftağır xəstəliklə mübarizə aparması barədə danışıb. İfaçının səhhətilə ilə bağlı yaşadığı problemlərhaqqında "Miss Americana” sənədli filmində söz açmışdı.

Məlum olub ki, 30 yaşlı artist artıqbir neçə ildir yemək pozğunluğu ilə mübarizə aparır. Müğənni etiraf edib ki, xəstəlikonun xarici görünüşü ilə bağlı yazılan mənfi şərhlərdən sonra yaranıb.

"Həmişə hansısa gözəllik standartıolur ki, sən ona çata bilmirsən. Yadımdadır, 18 yaşım olanda mənim fotom ilk dəfəjurnalın üz qabığında çıxmışdı, yanında isə yazı var idi: 18 yaşında hamilədir?”,- Teylor Svift şikayətlənib.

Svift etiraf edib ki, hərdən gün ərzindəheç nə yeməyə bilərdi, qida qəbulundan sonra isə özünə ağır fiziki işlə əzabverirdi. İfaçı qida qəbulu ilə bağlı yaşadığı problemləri həmişə gizlətdiyinibildirib. "Həqiqətən də, fiziki yük böyük idi. Amma mən çox az yeyirdim”, - odanışıb.

Artıq Svift situasiyanı adlamağıbacarıb, müntəzəm qidalanır və pozitiv düşünür. Müğənninin sözlərinə görə, indio, bədən quruluşu ilə bağlı yazılan şərhlər barədə belə düşünür: "Yox. Biz dahabelə edən deyilik, çünki xəstə görünməkdənsə, kök olduğunu düşünmək dahayaxşıdır”.



Castin Biber

Dünyaşöhrətli müğənni Castin Biber həkimlərin ona "Layma” xəstəliyinə yoluxmadiaqnozu qoyduğunu açıqlayıb, Bu barədə müğənni "Instagram” hesabındapaylaşım edib:"Bir çoxları Castin Biberin pis görünməyə başladığını,metanfetamin istifadə etdiyini dedilər. Bu insanlar anlaya bilmir ki, bir qədərəvvəl məndə "Layma” xəstəliyi, yalnız bu da deyil, həmçinin, ciddi xronikimononükleoz aşkar edildi. Bütün bunlar mənim dərimə, beynimin işinə, enerjimə vəümumilikdə, sağlamlığıma təsir göstərdi”, - müğənni bildirib.

Onunsözlərinə görə, son iki ili çox çətin yaşayıb, lakin düzgün müalicə sayəsində hələlikmüalicəsi olmayan xəstəlik yaxşılaşmağa doğru gedib və yenidən səhnədə çıxış edəbiləcəyəm.

Sertab Erener

Türkiyəliməşhur müğənni Sertab Erener illərdirkolit xəstəliyi ilə (yoğun bağırsağın iltihabi) mübarizə apardığını etirafedib.

Sənətinin27-ci ilini qeyd edən ifaçı konsert zamanı sevilən mahnılarını səsləndirərək rəqsedib.

Yeşim Salkım

Türkmüğənnisi Yeşim Salkım səhnədə fanatlarını heyrətləndirən etiraf edib.

"4il boyunca amansız xəstəliklə mübarizə apardım. Şükür ki, qalib gəldim.Yumurtalıq xərçənginə yoluxmuşdum" deyə, müğənni bildirib.



Onunsözlərinə görə, xəstəliyini ailəsindən gizli saxladığı üçün heç vaxt bumövzudan bəhs etməyib.

"Sadəcəböyük qızım bilirdi, qalan hamıdan gizlətmişdim. Son olaraq sizə tövsiyəm, həyatıyaxşı yaşayın. Hər şeyi özünüzə dərd etməyin", deyə müğənni bildirib.

OzziOsborn

Britaniyalırok-musiqiçi, "Black Sabbath” qrupunun keçmiş solisti Ozzi Osborn ilk dəfəolaraq ictimaiyyət qarşısında Parkinson xəstəliyinə qarşı apardığı mübarizədəndanışıb.

Müğənni bu etirafı həyat yoldaşı Şeron iləbirlikdə "ABC” telekanalının "Good Morning America” verilişində edib:"Mənsirr saxlamağı bacarmıram. Artıq bununla yaşaya bilmirəm, çünki bəhanələrim tükənməküzrədir”, - deyə müğənni bildirib. Yoldaşınınsözlərinə görə, xəstəlik ölüm hökmü olmasa da çox ciddidir və ailə üzvlərinin həyatınaböyük təsir edib.

Ozzi Osborn bildirib ki, xəstəlikləbağlı ABŞ və xaricdəki mütəxəssislərə müraciət edib. 


ƏntiqəRəşid