Xersonda onlarla yaşayış məntəqəsi su altında qaldı
İyunun 6-da Ukraynanın Xerson vilayətində Kaxov SES-in bəndinin dağıdılması nəticəsində Xerson və Yeni Kaxov şəhərləridə daxil olmaqla onlarla yaşayış məntəqəsi tamamilə su altında qalıb. Su Elektrik stansitası demək olar ki, suya qərq olub.
Bir hissəsi Rusiya qoşunları tərəfindən işğal altında qalan Xerson regionunun rəhbəri vəzifəsini icra edən Vladimir Saldonun verdiyi məlumata görə, 29 nəfər xəsarət alaraq hospitala yerləşdirilib, ölən yoxdur. Su basmış rayonlardan əhalininin köçürülməsi üçün 48 müvəqqəti məntəqə yaradılıb. Saldonun sözlərinə görə, əsas çətinliklər artıq arxada qalıb.
Aleşki və Qoloy Pristani, ən çox zərər çəkən yaşayış məntəqələridi. Yerli hakimiyyətin verdiyi məlumata görə, Ukrayna hərbi qüvvələrinin mütamadi arteleriya atəşi altında bu rayonlardan əhalinin evakuasiyasında çətinliklər yaranır. Bundan başqa Dnepr çayında suyun sürətinin on dəfəyə qədər artması da əhalinin köçürülməsinə müəyyən problemlər yaradır.
Rusiya tərəfi Kaxov SES-in bəndlərinin dağıdılmasında Ukrayna hərbi qüvvələrini günahlandıraraq, onların bilərəkdən Xerson vilayətində əsil ekosid yaratdıqlarını bəyan ediblər. Ukrayna tərəfi isə, Rusiya tərəfinin işğala don geyindirmək üçün SES-in bəndləruni qəsdən dağıtdlqlarını bildirirlər.
Rüstəm Hacıyev
Digər Xəbərlər
23 Fevral 2026 11:26
ABŞ İranda rejimi dəyişmək planı hazırlayır
23 Fevral 2026 09:42
Kiyev müharibənin bitməsini istəmir - Orban
23 Fevral 2026 09:37
Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
23 Fevral 2026 09:33
"Netanyahu Trampın yolu ilə gedir"
23 Fevral 2026 09:32
Moskva danışıqlar məkanının dəyişdirilməsni istəyir
23 Fevral 2026 09:31
Meksikada olan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ!
23 Fevral 2026 00:10
“Baykar” Afrikada PUA istehsalına başlayır - Sərmayə dəyəri açıqlandı
23 Fevral 2026 00:00


Bakı -°C

