adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Sentyabr 2020 10:49
53164
MƏDƏNİYYƏT

Xərçəng xəstəliyinə tutulan Nisə Qasımova:"İnsanın başına hər şey gələ bilər"

"Uzun müddətdir ki, heç yerdə görünmürdüm. Amma bu gündən yenidən "instagram" səhifəsində varam".

Adalet.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "instagram"da paylaşımında bildirib:

"Eşitdiyiniz məlumatla bağlı bir neçə kəlimə demək istəyirəm. Bəli, əməliyyat olundum. Kiçik bir əməliyyatdır, narahat olmağa dəyməz. Heç vaxt istəməmişəm ki, ağrılarımla, acılarımla gündəmə gəlim. Hər bir insanın başına hər şey gələ bilər. Bilirəm ki, Nisə sevənlər məni gözləyir. Yeni mahnılar üzərində çalışmağa başlamışam".

Rövşən Tahir