Xələf Xələfov BMT-də çıxış edib
"Azərbaycan BMT-nin İrqi ayrı-seçkiliklə mübarizə komitəsi ilə əməkdaşlığı davam etdirməyə hazırdır”.
Adalet.az-ın xəbərinə görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması ilə mübarizə komitəsinin Azərbaycanla bağlı iclasında deyib. Qarşılıqlı dialoqun vacib olduğunu söyləyən X. Xələfov bildirib ki, Azərbaycanda irqindən, cinsindən, dinindən, dilindən, siyasi mövqeyindən asılı olmayaraq hamı üçün bərabər şərtlər yaradılıb: "Heç bir məhdudiyyət yoxdur. Azərbaycan qoşulduğu beynəlxalq konvensiyaların maddələrini icra edir. Ölkənin milli qanunvericiliyi irqi ayrı-seçkiliyi ləğv edir”.
Nazir müavini qeyd edib ki, mili azlıqların mədəni irsinin qorunması üçün də addımlar atılır: "Azərbaycanda hamı üçün bərabər şərtlər yaradılıb. Azərbaycanda müxtəlif dini azlıqlar yaşayır. Çoxlu məscidlər, ortodoks, lüteran, alban, gürcü, udin kilsələri fəaliyyət göstərir”.
X. Xələfov nəzərə çatdırıb ki, aprelin sonlarında keçirilən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda ksenofobiya, dünyada mövcud yeni çağırışlar da əsas müzakirə mövzuları olub.
Ölkədə korrupsiya ilə bağlı aparılan mübarizədən danışan diplomat bu sahədə yaradılan "ASAN Xidmət”in BMT tərəfindən mükafatlandırılmasını da xatırladıb: "Əsas prioritetlərdən biri davamlı, balanslı iqtisadiyyatın və regional inkişafın təmin edilməsidir”.
Digər Xəbərlər
04 May 2024 20:26
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36