adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Noyabr 2017 18:55
39083
MÜSAHİBƏ

"Xəbərlərimiz düşmən ölkədə qıcıq yaradır" - MÜSAHİBƏ

Müharibə dövründəinformasiya savaşının böyük əhəmiyyət daşıdığı hər kəsə məlumdur. Bu gün birçox ölkələr informasiya müharibəsini xarici siyasətin effektiv aləti kimi qəbuledirlər. Bu müharibədə düşmənin biliklərinə və ehtimallarına, cəmiyyətin fikirlərinə təsir göstərmək üçün birbaşa hücumlarinformasiya sistemlərinə edilir. Düşməni həm öz informasiya sistemi ilə, həm dədünya informasiya sistemi ilə hədəf etmək mümkündür.

Biz adətən düşmənindilini, mədəniyyətini və s. öyrənməyə önəm vermirik. Amma mütəxəssislərinfikrincə, düşmənin dilini bilmək vacibdir. Bu onunla savaşda üstünlük yaradanamillərdən önəmlisidir.

Demək olar ki,son dövrlərdə Azərbaycanda informasiya müharibəsi yönümündə inkişaf gözə çarpacaqdərəcədədir. Müharibə vəziyyətində olan bir ölkə üçün bu sahəyə diqqət ayırmaqvacibdir. Aprel döyüşlərində cəbhə xəttində yaşanan gərginlik zamanı bu faktorciddi şəkildə nəzərə alınırdı. Ölkə KİV-i ötən illərlə müqayisədə bu dəfə sınaqdan üzüağ çıxmağıbacardı.

Bu gün ölkəmizdəbir neçə informasiya saytlarının erməni bölməsi fəaliyyət göstərir. Bunlardan biri də müstəqilmedia qurumu olan Azvision.az internetsaytıdır. Qeyd edim ki, Azvision.az saytı bir neçə dildə - ingilis, rus, ermənivə s. informasiyalarını təqdim edir. Ermənidili bölməsinin (hayatsk.info) rəhbəriŞahin Qocayev bu informasiya müharibəsininözəllikləri barədə suallarımızı cavablandırdı.

-Şahin müəllim, rəhbərlik etdiyiniz bölmənin informasiya bazasını təşkil edərkənəsasən hansı yönümdə xəbərlərə üstünlük verirsiniz?

-Əvvəlcədən qeyd edim ki, azvision.az saytının erməni dili bölməsi artıq iki iləyaxındır fəaliyyət göstərir. Əsasən xəbərlərimiz ölkəmizin daxilində baş verən prosesləri, ölkəprezidentimizin, nazirlərin və nazirlər kabinetinin rəsmi görüşlərini əhatəedir. Ölkəmizin əldə etdiyi uğurlu sosial-iqtisadi islahatlar, uğurlar, nailiyyətlərdəburada öz əksini tapır. Bütün bunlarla yanaşı, ölkəmizin xarici siyasətdəqazandığı uğurları vurğulayırıq. Buna misal son hadisələrdən Bakı-Tbilisi-Qarsdəmiryolunun açılışı və ya şimal-cənub beynəlxalq nəqliyyat dəhlizi barədə vəs. ətraflı məlumatları qeyd etmək olar.Bütün bunlarla yanaşı saytımızda ölkəmizin qonşu ölkələrlə münasibətlərinədə xüsusi önəm veririk. Bəzən bizim həqiqətlər düşmən ölkəni qıcıqlandırır.Əsasən də digər ölkələrlə olan münasibətimiz. Bu yaxınlarda ölkə rəhbərimizinİrana səfərini buna misal çəkmək olar. Bununla yanaşı Azərbaycan-İsrail münasibətlərinininkişaf xəttini özündə əks etdirən xəbərlərimizə də düşmən ölkə tərəfindənqısqanclıqla yanaşılır. Bununla yanaşı ölkəmizdə həyata keçirilən beynəlxalqlayihələr də, idman sahəsində qazandığımız uğurlar da düşməni narahat edən məqamlardı.Azərbaycanın silahlanması ilə bağlı məlumatlarıonlara öz dilimizdə çatdırmağımız da düşmən ölkədə təşviş yaradır.

-Ermənistan tərəfi sizin xəbərlərə diqqət ayırırmı? Bu gün erməni oxucu kütləsininsayı sizi qane edirmi?

-Bildiyimiz kimi, bu gün ölkəmiz Qafqazda lider ölkədir. Düşmən tərəfi də bunuyaxşı anlayır. Və onlar bilir ki, bizim inkişafımız onların ölkəsində hakimiyyətəsərf etməyən əhval-ruhiyyə yaradır. Bundan özlərini sığortalamaq üçün biz busayt yaradan kimi özlərinin bütün mətbuat resurslarında bizi təxribarçı kimadlandırıblar. Amma bütün bunlara baxmayaraq bizim Ermənistan tərəfdənoxucularımız kifayət qədərdi və giriş sayı çoxdur. Bu da onunla əlaqədardır ki, biz ölkə mediasında faktik olaraq operativ şəkildə,günün 24 saatı ərzində düşmənə öz dilindəməlumat çatdıran yeganə resursuq. Sözsüz ki, onlar da məhz bizimlə bağlı xəbərlərioperativ əldə etmək istəyirlər.

-Erməni mediasının məlumatlarından öz informasiya saytınızda istifadəedirsinizmi?

-Əlbətdə, istifadə edirik. Düşmənmediasında ümumiyyətlə müəyyən boşluqlar çoxdur. Düşməm mediasında informasiyaresurslarının əksəriyyəti kənardan maliyyələşir və erməni lobbisi tərəfindənidarə olunur.

Onlarınbəziləri Sarkisyan rejiminə, onun kursuna qarşıolanlardır. Bu baxımdan bukimi mətbuat resursları bizə əlavə imkanlar yaradır. Bu mətbuat resurslarıSarkisyan rejiminin xalqdan gizlətdiyi, məsələn, erməni ordusunda baş verənrüsvayçılıqları, intihar hadisələrini, korrupsiya hallarını, rejimdən narazıqalan kütlənin narazılığını açıqlayır. Reallığı yazırlar. Məsələn, onlar birneçə gün bundan öncə Ermənistan parlamentində Sarkisyanın təhqir olunduğunuyaydılar. Biz bunlardan istifadə edirik, yararlanırıq. Bu gün orda elə bir vəziyyətdirki, bizim onlara qarşı nə isə fikirləşməyimizə ehtiyac yoxdur. Onlar özhakimiyyətlərini ifşa etməklə məşğuldurlar. Həqiqətən bu kimi informasiya bu gün həddindən artıq çoxdur. Buda onların informasiyalarından özlərinəqarşı istifadə etməyə imkan yaradır.

Hazırda onlarındüşdüyü mövcud vəziyyət onu göstərir ki, onlarbataqlıq içərisindədir. Və onlar bizim əldə etdiyimiz uğurları öz dillərindəoxuduqca düşdükləri durumu anlayırlar. Öz prezidentlərinin fəaliyyətsizliyini dəgörürlər.

- ErmənistandaAzərbaycan dilində fəaliyyət göstərən hər hansı KİV varmı?

-Onların bir radioları var və o radio üzərində Azərbaycan dilində informasiyalaryayırlar. Bununla yanaşı, bu aprel döyüşlərindən sonra orda erməni dilində birsayt yaradıldı ki, həmin saytda təxribatçı fikirlər, məlumatlar yerləşdirilib.

Bununlayanaşı, Xocalı.net saytları var ki, orda bizə qarşı təxribat xarakterli məlumatlaryerləşdirilib. Bu saytda yerləşdirilən informasiyaları kimsə oxusa, bu faciəbarədə tamamilə fikirləri dəyişər. Bu saytlar dezinformasiya xarakteri daşıyır.Onlar bu istiqamətdə çox təkmilləşiblər.

- Kadrpotensialınız necədir?

- Nəzərinizəçatdırım ki, işə başladığımız vaxtdan biz həm də məktəb kimi fəaliyyət göstəririk.Belə ki, təhsil ocaqlarından, ali təhsil müəssisələrinin auditoriyalarından tələbələrseçirik və onların bu dili öyrənməsinə dəstək oluruq. Sonra da işlə təmin edirik.Gənclərimizdə həvəs var. Bu onların gələcək karyeralarında çox önəmlidir. Digərstrukturlarda işləmək şansları çoxalır.


Müsahibəni qələməaldı:

Nicat Novruzoğlu