adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Dekabr 2019 11:18
29402
ŞOU-BİZNES

Xatunla Fatimənin qalmaqalı yenidən gündəmdə: Fatimənin əri...

Müğənni Xatun Əliyeva aparıcı və prodüser Tarix Əliyevin(Tolik) "Youtube”da yayımlanan "Səmimi” layihəsində maraqlı açıqlamalar edib:”Mənim Fatimə ilə münasibətim yoxdur. Bəzi insalar var ki, onunla küsülü qalmaqdaha yaxşıdır. Çünki o adam sənin üçün oxunmuş bir kitabdır. Oxuyub, atırsan kənaraki, bunun hara qədər başı və "ponyatkası”,hara qədər insanlığı var”.

Adalet.az xəbər verir ki,sənətçi rəqqasə Fatimə Fətəliyevailə aralarında yaşanan dava-dalaşın pərdəarxası məqamlarından danışıb, qarşı tərəfinyalanlarını ortayaçıxarıb:

"Heç kimə, hətta düşmənimə beləpislik arzu etmirəm.Deməkistəyirəm ki, "edir analar, çəkir balalar”. Mən Fatimə ilə yaşanan davada özüməbəraət qazandırmıram. Mən onunla davamı etdim, bitirdim. Elə həmin gün onunlaolan kin-küdurətimgetdi. Sabah Fatimənin başına pishadisə gələrsə,yanındakıyalançılar (onu aldadan, bizim aramızı vuran, söz aparıb-gətirən)onun dadına çatsınlar.

"Mənə toxunan Fatimənin üstümə ərinigöndərməsi oldu. Təqsironun ərində idi. Ogərək deyərdi ki, "Gedin, işinizlə məşğul olun. Arvadsöhbətinə qarışmaram”. Bizim Fatimə ilə aramızda böyük problem də olmayıb.

Xatun daha sonra Fatimə ilə qalmaqalın pul üstündə düşdüyünüaçıqlayıb:

"Xına mərasimi olacaqdı. Mən də Fatiməni ora dəvət etmişdim.Öncə dedi havayı gələrəm, sonra məndən 1000 manat pul istədi. Dedim ki, 1000yox 500 manat verə bilərəm. Onun üstündə mənimlə dava edir. Pulun da adını çəkmir.Elə buradan ona deyirəm ki, bizim qalmaqalımız pul üstündə olub”.

Qeyd edək ki, sənətçilərarasında təxminən 2019-cu ilin yanvar ayında da böyük bir qalmaqal baş vermişdivə media Fatimənin Xatun tərəfindən döyüldüyünü iddia edirdi.

Əntiqə Rəşid