adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Yanvar 2015 13:45
5712
ƏDƏBİYYAT

Xatirələrdə əbədi qalacaq şair

Heç vaxt təsadüflərə inanmamışam. Hər təsadüfdə bir zərurət, əlamətolduğuna inanmışam ki, bu inancda da tək deyiləm. Bu gün Ədəbiyyat İnstitutundauşaq ədəbiyyatı ilə bağlı tədbir keçirilirdi. Uşaq ədəbiyyatını Səməd Vurğunsuztəsəvvür etmək olarmı? Nəinki özümüz, hətta valideynlərimizin belə uşaqkən əzbərlədiyiilk şeirlərindən biri Səməd Vurğunun Azərbaycan şeiri olub. Onunla Azərbaycanıtanımışıq, havalanan Xanın səsini, Qarabağın şikəstəsini sətirlərdən dinləmişik,güllü xalıları, görüşqabağı telini sayan nişanlı qızları, analarımızın yaydığıfəsəliləri, qan-tərə batmış köhlən atı gözümüzün önündəcanlandırmışıq. Səməd Vurğun ədəbiyyatımıza təkcə qanımıza işləyən, mənəviyyatımızdahəkk olunan şeirlər bəxş etməyib. O, Azərbaycan ədəbiyyatına iki böyük şair dəvermişdi. Və bu gün onun yadigarı, xalq şairi Vaqif Səmədoğlunu da itirdik. Bu xəbərixalq yazıçısı Anar tədbirin ortasında məruzəçinin çıxışı zamanı çatdırdı. Adətən asta yerişli yazıçı bu dəfə üzünün ifadəsində kədər, iti addımlarla tədbirsalonunu tərk etdi. Həm də az öncə Səməd Vurğunun uşaq ədəbiyyatındakı rolundandanışılarkən, xatırlanarkən oğul da xatirələrə qovuşdu. Ata və oğulun üst-üstədüşən xəbərlərini kim TƏSADÜF sayırsa saysın, mən inandığımda qalacam. Ədəbiyyatımızınönəmli iki şəxsi haqqında, məhz ədəbi muhitdə, ədəbiyyatımızı daha da inkişafetdirmək, püxtələşdirmək istiqamətində aparılan müzakirələrdə... Bəlkə də bugün ədəbiyyatımızdakı çatışmazlıqlardan danışarkən  itirdiklərimizə bir daha nəzər salmaq üçünidi. Amma ölümü təsadüfi, qəfil deyildi, uzun müddətdi ki, amansız xəstəlikdən əziyyətçəkirdi. Ömrünün müdrik yaşlarında, bəlkə də bu dünyaya qoyacağı zənginyaradıcılığa bir-birindən gözəl yeni şeirlər bəxş edəcəyi halda, ölüm soraqçısı olanbu qara xəstəlik əlindən yollara düşdü. Amma heç yenilmədi, ağrılara baş əymədi.Əlbəttə, ağrı-sızıları oldu, amma bunu yenə də ən yaxın dostu – vərəqdən başqakimsəyə bildirmədi. Şikayətini də ilk dinləyən, onun hər halına şahid olan bu vərəqlər,ordan boylanan sətirlər oldu:

İlahi,
Darquyu dibində,
Qaranlıqnəm içində,
İşıqlıqəm içində,
Ağrısız
Bir azyatmaq istəyirəm...

Ölümə qucaq açan qara mərəzin düzgözünün içinə baxıb onunla hətta zarafat edən adam çətin tapılar. O bunu bacardı. İnsanlarıngözündə yaradıcı adamlar, xüsusilə də şairlər həmişə uca zirvədə olublar, həyatı,yaradıcılığı, sözü-söhbəti ilə örnək olublar. Hər şair bunu qoruya bilməyib,hansısa yanlışı, həyat tərzi ilə zirvdəki yerini laxladıb. Amma ölümü ilə də örnək ola biləcək gerçək şair, mərd kişiyə ən azından mən rastlaşmamışdım.  Xəstəliyinə görə ona acımalarını istəmədi,güldü, danışdı, zarafatlaşdı. Yadımdadı, ötən il Yazıçılar BirliyininQurultayında ona çıxış üçün söz verməyə ehtiyat etmişdilər, danışarkən əziyyət çəkəbilər deyə. O isə tribunaya gəlib heç nə olmamış kimi üzündə təbəssüm sözəbaşladı: "Xərçəng mədəmdədi, boğazımda deyil. Danışa bilərəm”, - deməklə ölümə,elə həyatın özünə, hətta bir balaca xəstəlikdən oturub-durub şikayət edən kişilərəmeydan oxudu. Hətta ölümü belə gülərüzlə qarşıladı:  

Allah,
Nə var, nə yox?
Məndən nə xəbər var?

Gecələri özüm sayaram,
Üzümə açılacaq
neçə səhər var?

Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?

Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?

Onunla öncə qiyabi tanış olmuşdum. Daha doğrusu,sosial şəbəkədə iki şeirimi yollamışdım, həm də qorxa-qorxa. Zarafat deyildi -böyük şairin oğlu böyük şair şeirimi oxuyub qiymət verəcəkdi. Şeirin aşağısındaqeyd olaraq yazmışdım "Lütfən xətrimə dəyəcəyini düşünməyin, sizin tənqidinizdə yoluma işıq tutar”. Bir az gec oxumuşdu, hətta buna görə incidiyimi də yazıb yollamışdım.Bir neçə gün sonra "Göndərdiyin şeirləri oxudum.Yaxşıyazırsan, uğur olsun, Şəfiqə”, - deməklə mənə yerə-göyə sığmayan fərəhlə yanaşı,elə qucaq dolusu uğur da yolladı, düşərli oldu. Bunu niyə yazıram?! Adətən, biziminsanlarımız zirvəyə qalxdıqca ətəkləri unudurlar. Xüsusən də ilk işləri gənc qələmlərisındırmaq olur. Vaqif Səmədoğlu (onun uğur payı verdiyi gənc ədiblər çoxdur) isəhələ təzə-təzə sahibinin əlinə öyrəşən bu titrək qələmi düz tutmaq üçün yolgöstərən mayak idi. Səmimiyyəti, xoş niyyəti, sadəliyi ilə. İndi sosial şəbəkədəmənə ünvanladığı hələ də o canlı sətirləri oxuyuram, təzəcə yazılmış kimi...Çox üzüldüm çox... Özü ölümlə barışsa da, onu sevənlər barışa bilmirlər. Bilməyəcəyikdə... Xatirələrimizdə, ədəbiyyatımızda həmişə yaşayacaq! 


Şəfiqə Şəfa