Xarici ölkələrin Baş prokurorları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdi
Xarici ölkələrin Baş prokurorları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.
Adalet.az xəbər verir ki, Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Bakıda səfərdə olan ölkələrin Baş prokurorları, nümayəndə heyətlərinin rəhbərləri, beynəlxalq təşkilatların məsul əməkdaşları Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.
Daha sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıb, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Bundan sonra Baş prokurorlar Mərkəzi Park ərazisində xatirə ağaclarının əkilməsi mərasiminə qatılıblar.
Digər Xəbərlər
31 Mart 2026 13:55
"Daşkəsəndə zorakılıq iddiası üzrə istintaq davam edir" - Baş Prokurorluq
17 Mart 2026 15:39
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
16 Mart 2026 12:07
Fransaya casusluqda ittiham olunan şəxsə hökm oxundu
13 Mart 2026 10:44


Bakı -°C

