adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 Aprel 2020 08:47
115175
MÜSAHİBƏ

Xaricdə təhsil alan azərbaycanlı: “Oruc tutub ac qalmağa cahillik kimi baxırdılar”- MÜSAHİBƏ

"Xaricdə oxuyan azərbaycanlılar”rubrikamızın növbəti qonağı "University of Economics and Human Sciences inWarsaw”da magistr təhsili alan Aynur Sultanovadır. Onunla son aylarkoronavirusla əlaqədar Avropada yaşanan karantin rejimindən, təhsildən və digərməsələlərdən danışdıq.

-Burdakıtəhsilinizdən, Polşaya necə getməyinizdən danışardınız.

-Azərbaycanda Xarici Dillər UniversitetindəFilologiya və Jurnalistika Fakültəsində İngilis dili və Ədəbiyyatı ixtisası üzrətəhsil almışam. Həmçinin, Bakı Slavyan Universitetində Yaradıcılıq Fakültəsindəoxumuşam. Təbii ki, çox Azərbaycan gənci kimi təhsilimi xaricdə davam etdirməkistəyirdim. Sadəcə həm oxuyub, həm işlədiyimə görə universiteti bitirdikdənsonra daha 2 il Azərbaycanda qalmalı oldum. O zamanlar bunu şanssızlıq və zamanitkisi kimi düşünsəm də, Polşaya gəldikdən sonra gördüm ki, universitetibitirib dərhal xaricdə təhsil almaq elə də məntiqli fikir deyil, əlbəttə, əgərxaricdə həm oxuyub, həm işləməyi planlayırsınızsa.



Ən çox aldığım sual niyə məhz Polşa. 
Əslində əksər Azərbaycanlı tələbələr kimi təqaüd almağın asanlığını nəzərəalıb mən də İtaliyaya müraciət edirdim ,o zəng gələnə qədər. İşdən evə dönmüşdüm və sənəd işlərində yardım edən dostumzəng etdi və "Bəlkə Polşaya göndərək səni?” dedi və mən Polşaya gəldim. Əslindəçox düşünmədim, çünki həm Polşada , həm İtaliyadakı dostlarımdan daha öncəaldığım məlumatlara əsasən qərar vermək ani oldu. Qısaca iş şanslarının çoxluğuPolşanı seçməyimdə başlıca səbəb oldu.

-Polşa təhsilinin özəlliyinədədir?

-Təəssüf , Polşada təhsilin meqa üstünlüklərindən bəhsedə bilməyəcəm. Daha çox araşdırma, öz üzərində işləmə yönlü olmağı və müəllimlərinsənə tələbə kimi deyil, fərd kimi yanaşmağı mənim üçün pozitiv tərəfləridir. (Azərbaycandatəhsil aldığım müddətdə çox gözəl müəllimlərim olub və müəllim – tələbə münasibətlərihal-hazırda dostluq şəklində davam edir , yəni bu yöndən həmişə şanslı olmuşam.



-Sonvaxtlar Polşaya oxumağa gedənlərin sayı dünya üzrə artıb. Bunu yaradan səbəblərnədir?

-Mən bunu qısaca cavablamaq istəyirəm- aşağı tələblərvə aşağı təhsil haqqı. Təbii ki, bu Polşaya gəldikdən sonra öz neqativyanlarını biruzə verir. Təhsil müddətində tələbə çox çətinliklər yaşayır.

-Avropalıhəyatına öyrəşirsiniz, yoxsa buranın adətləriylə yaşayırsınız?

-Bu sual, hmm. Məncə bu insanın həm xarakterindən,həm böyümə tərzindən aslıdır. Mənim üçün həyat tərzində heç bir dəyişiklikyoxdur, dəyişən tək şey məkan və doğmaların uzaqlığıdır. Mənim üçün Avropa həyattərzi deyə anlayış yox idi və hal-hazırda da yoxdur. Bizdə Avropa həyat tərzidedikdə "sərbəst” olmaq, gecə saatlarındaküçəyə çıxmaq, klub və əyləncə mərkəzlərinə getmək, alkoqollu içkilər tükətmək,evə gec gəlmək və yaxud heç gəlməmək kimi alqılanır. Məncə bu ailədənqaynaqlanır. Əgər siz bunları Azərbaycanda gizli edirdinizsə, təbii ki, xariciölkələrdə Avropa həyat tərziniz olacaq. Mən həmişə ailəmə, doğrusunu desəkatama görə ( anam bu sözümə görə inciyəcək, amma həqiqət belədir ki, anam çox konservativ şəxsdir )bu mövzudaözümü çox şanslı hesab etmişəm. Düzü, limitlənəsi hobbilərim, geyim tərzimolmayıb, alkoqol içməmişəm, amma hər halda işdən gec gəldikdən sonra gecəseansına filmə baxmaq üçün gedəndə heç vaxt şübhə dolu suallarlaqarşılaşmamışam, həmişə qarşılıqlı güvən olub. Bu mövzuda uzun–uzun danışmaqolar. Sadəcə istər Avropada, istər Azərbaycanda öz həyat tərzinizi özünüzyaradırsınız və insanların buna hörmətlə yanaşması da yenə sizdən asılıdır. Təbiiki, burada çox insan özünü daha "avropalı” göstərməyə çalışır, bu danılmazdır .Qarşıdan bizim üçün çox önəmli ay gəlir, Ramazan ayı. İlk il oruc tutmaq, "acqalmaq” bəzi polyak tanışlarımıza cahillik kimi və ya qəribə gələ bilirdi. Dahasonra onların öz dini adətləri ilə müqayisə fonunda bunu izah etmək sözsüz ki fərqyaratdı. Ailənin sənə illərlə aşıladığı şeyləri artıq sənin tək başına etməyin,düzü, ailəndən çox səni duyğulandırır. Əvvəllər ailənin açdığı Ramazan süfrəsindəotururdunsa , indi bunu özünün etməyi və xüsusilə başqa ölkə vətəndaşları iləbu sənə böyüdüyünü və necə gözəl kültürə sahib olduğunu bir daha xatırladır.Primitiv dillə deyim- boş verin daha müasir , daha avropalı olmağı , özünüzolun, köklərinizi sevin və sevdirin .



Sualın klub və əyləncə hissəsinə gəldikdə isə təəssüfki, cavabım yoxdur. Dostlar tərəfindən gülüşlə qarşılansa da, heç vaxt klub vəya əyləncə mərkəzində olmamışam, ona görə yox ki, pisdir, ona görə yox ki,"atam qoymur”, sadəcə heç vaxt maraq dairəmdə olmayıb, səs-küylü və içkiliortamları sevmirəm. İçmədən də "kafası” gözəl ola bilməli insanın...

-Polyaklarınadətlərindən, fərqliliklərindən danışardınız.

-Polyakların həyat tərzi və adətləri ilə dahayaxından tanış olacağım zaman karantindən sonra olacaq. Mənə görə bir adəti öyrənməyinən gözəl örnəyi onların evində qonaq olmaqdır. Necəki polyak rəfiqəmi Azərbaycandaqonaq etdim, adətlərimiz və yaşama tərzimiz haqqında daha detallı bilgi verəbildim. Bu ən gözəl üsuldur. Yayda polyak toyuna dəvət almışam və ailə tərəfindənqonaq olaraq evlərinə dəvət olunmuşam. Düşünürəm ki, bu zaman adətlər ilə dahayaxından tanış olmaq və bilgi almaq şansım olacaq. Digər bilgilər səthidir -Pasxa bayramı kimi, bəzi günlərdə ət yeməməkləri kimi. Mən daha çox tarixləriilə maraqlarınam və demək olar ki, tapdığım bütün tarixi-siyasi filmlərinəbaxıram. Çox insan rasist millət olmaqlarından şikayətlənir, əlbəttə, bu yaxşıhal deyil, xüsusilə də Avropada. Amma tarixlərini araşdırdıqdan sonra hardasaempatiya qurmaq olur. Ən sevdiyim xüsusiyyətlərindən başlıcası millət olaraqdillərinə və keçmişlərinə çox bağlı olmaqları və sayğı duymaqlarıdır.


-Karantindövrüdür. Polşada vəziyyət necədir, necə qorunusunuz, öz məişət qayğılarınızınecə təmin edirsiniz?

-Karantin dövrü mənim üçün çox ağır keçmir, normalgünlərdə işdən evə qaçıb günlük rutinlərini tamamlamaq üçün zaman axtaran biriüçün karantin əsl zaman mükafatıdır. Bu şəxsi olaraq belədir. Təbii ki, buhamımıza mənfi təsir etdi- bəzilərimizin maaş kəsimi, bəzilərimizin ümumiyyətləişləyə bilməməsi və s. Polşada ciddi addımlar dərhal atıldı, yaşlı insanların əhalininçoxluğunu təşkil etdiyi nəzərə alınaraq. Əlbəttə, burada hər kəs bir nəfər kimiqaydalara əməl edir desək bu yalan və gülməli olar. Məişət qayğılarını öncəolduğu kimi yenə də özüm təmin edirəm və çox sevinirəm ki, bu ağır zamanda ailəməəlavə xərc yaratmıram. Valideynlərim sözsüz bunu edəcəkdilər, amma hər haldabir övlad kimi heç vaxt onların əziyyətlərini ödəyə bilməyəcəyini bildiyinhalda indi öz qayğına qala bilmən səni azda olsa rahatladır.

-İxtisasınızdan danışardınız, gələcəkplanlarınızdan.

-İxtisasım Strategiya və Biznes Menecmentdir. Əslindətam olaraq istədiyim ixtisas deyil. (İnsan övladı- heç nədən məmnun olmur).İngilis dili və Yaradıcılıqda oxuyan biri olaraq heç vaxt tam olaraq ixtisasımüzrə işləməmişəm, hərçənd ikinci iş olaraq həmişə ingilis dili üzrə müəlliməolaraq işləmişəm ( Polşada da həmçinin bir müddət dil məktəbində ingilis dilinitədris etmişəm) və öyrətməyi, tələbələri çox sevirəm, öz müəllimlərimdəngördüyüm kimi mən də tələbələrə daha çox dost olamağa çalışmışam. Əsas olaraq həmişəşirkətlərdə çalışmışam və düşündüm ki, yarımçıq papaqçılıqdansa kamil palançıolmaq vaxtıdır və magistratura üçün bu ixtisası seçdim. Planlarımdan heç vaxtdanışan biri olmamışam, etmədiyim şeydən bəhs etməyi sevmirəm. Zamanla görəcəyik.



-Yəqin Avropanın çoxölkələrində olursunuz. Bu səfərlərin sizə öyrətdikləri, qazandıqların, fərqliliklərvə.s haqqında danışardınız.

-Ümumiyyətlə, hər gün yeni nə isə öyrənməyəçalışıram, amma səfərlər zamanı bu şans daha çox olur. Tək səyahət etməyi dahaçox sevirəm. Yerli əhali ilə danışmağa, mədəniyyətləri, tarixləri barədə nəsəöyrənməyə çalışıram. Deyə bilərsiniz ki, bunu internetdən daha rahat və pul xərcləmədənetmək olar. Ümumiyyətlə, səyahət edəcəyim ölkələri iki xüsusiyyətinə görə seçirəm– tarixi və mətbəxi. Etiraf edim ki, mədəmə düşkün biriyəm. Getmədən öncə birneçə gün detallı araşdırma edirəm. Amma ölkəni vətəndaşın gözü ilə görmək, kəşfetmək bir başqadır. Praqada olduğum zaman buna bir daha əmin oldum.

Yeni insanlar, gözəl xatirələr, ruhun dincəlməyi vəgözəl yeməklər – budur səyahətin mənə qazandırdıqları. Və ən əsası rəsimləritelefonumla deyil də, gözlərimlə beynimə çəkirəm.

Səyahət vaxtı heç zaman internetimi aktiv etmirəm.Xəritə ilə şəhəri kəşfə çıxıram, bəzən azıram və bu məni daha xoşbəxt edir. Ailəminarahat qoymamaq üçün yemək yediyim yerdə internetə qoşulub iki cümləyazıram:Sağam, narahat olmayın.

- Oxumağa getməyə ailəniznarazılıq etmədi? Ailəniz ilə münasibətləri, əlaqəni necə yoluna qoyursunuz?

-İllərdir şans olsa belə ailəm razı olmadığı üçüngedə bilməmişəm. Öncələr üsyan edirdim. Amma indi düşünürəm, bəlkə zamanıdeyildi, hazır deyildim. O proseduru sizə təsəvvür belə edə bilmərəm, sanki ailətragediyası. Xüsusilə anam dəfələrlə səni bağışlamayacam, analıq haqqımı halaletmirəm kimi ifadələr işlədirdi. Mən qalanı içdən fəth etməli olduğumubilirdim. Biz atamla çox başqa münasibətə sahibik, nəinki çox qızla atanın, həttaçox oğlanla atasının sahib ola bilməyəcəyi münasibətə. Atama çox minnətdaramki, bu münasibəti illərlə qurmağa çalışdığım, mübarizə apardığım anlarda o daöz içində çox mübarizələr aparıb, çox qurbanlar verib- övlad həsrəti kimi,camaat nə deyər qınağı kimi. Bilirsiniz , bizim çox insanlar öz həyatlarınının əskikliklərinibaşqalarının həyatlarını müzakirə və qınaq obyekti etməklə tamamlayırlar.

Çox azərbaycanlı ailəsində olduğu kimi bizim ailədədə ilk sual camaat nə deyər oldu, daha sonra bu sualı tək başına orda nə edərsənəvəzlədi. Və sonda atam dedi ki, sən onsuzda Spartaksan (atam mənə Spartak deyəmüraciət edir) , istədiyini almasan bu məsələ bu ailədə bitməyəcək. Əlbəttə,valideyn həmişə düz edəcək deyə bir şey yoxdur , hardasa onlarında mütləq səhvləriolub , amma bir ömür Tanrıya şükürlüyəm ki, onlar məhz mənim valideynlərimdilər,hər nə qədər bu müddəti mənim üçün çətinləşdirsələr də.

Ailəmlə münasibətlərim əladır deyə bilərəm, kiçikmübahisələri saymasaq. Hər gün danışırıq , bir gün danışmasaq atam eyham vururki, nə vaxtdır səsin gəlmir . Bir gün bizdə sonsuz zaman kəsiminə bərabərdir – əgərmən zəng etməsəm.

- Polşa digər Avropaölkələrinə nisbətən daha gec inteqrasiya prosesinə qoşulan ölkədir. Soyuqmüharibədən sonra. Bu fərqliliklər, uyğunsuzluq Qərb ilə çoxdur, yoxsa az?



-Polşa öncə də qeyd etdiyim kimi müharibələri,siyasi məsələləri məncə hələ də atlaya bilməyib. Xarici vətəndaşlara açıqdeyillər digər Avropa ölkələri ilə müqayisədə. Soyuqqanlı və hətta kobuddurlardeyərdim. Burda fərq yoxdur , tələbəsiniz , turistsiniz və yaxud buradayaşayırsınız . Hər halda altşüurda kənardan gələn insanlara aqressiya var. Vəbu xüsusilə sənəd işləri zamanı dövlət idarələrində özünü göstərir, xarici vətəndaşlarlaiş üzrə idarə olsa belə ingiliscə danışan bir nəfər belə işçi tapa bilməyə bilərsiniz.Bütün bunları kənara qoysaq , Polşa sürətlə inkişaf edir, bir çox xarici dövlətlərinşirkətləri burda fəaliyyət göstərir .

Onu da əlavə edim ki, artıq burada çox gözəldostluq münasibəti qurduğum polyaklar var və onlar belə qəbul edir ki, xalqolaraq xaricilərə çox pozitiv və açıq deyillər.

-Azərbaycana qayıtmaqfikriniz var, yoxsa gələcəyinizi Avropada qurub davam etdirmək...

-Ən çox aldığım və qaçdığım sual. Bu dəfə dəqaçıram. Nə gözəl ki, bu sualı sona saxlamısınız, daha rahat qaça bilərəm.Zarafatı bir kənara qoyub tam səmimi deyirəm ki, bu sualın cavabı məndə deyil. Həyatmənə uzun vədəli planlar qurmamağı öyrədib artıq. Yaşayacağıq və görəcəyik, şərtlərvə həyat bizim növbəti dayanacağımızı hara edəcək .

Söhbətləşdi: EminPiri