adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Yanvar 2020 09:07
129146
MÜSAHİBƏ

Xaricdə təhsil alan azərbaycanlı: "İnsanlar burada daha açıq fikirli və azaddırlar" - MÜSAHİBƏ

Adalet.az "Xaricdə oxuyan azərbaycanlılar” adlı yeni rubrikaya start verir. Müsahibimiz İtaliyada, Venesiya Ca Foscari Universitetinin Beynəlxalq münasibətlər fakültəsində magistr təhsili alan Türkan Həsənovadır.


"Berlinəgedirəm Xocalı həqiqətləri üçün"


- İxtisasınız,təhsilinizhaqqında danışardınız?

- Venesiyanın Ca Foscari Universitetində Beynəlxalqmünasibətlər üzrə magistr təhsili alıram. Azərbaycanda Bakı DövlətUniversitetinin Şərqşünaslıq fakultəsini bitirmişəm.

- Niyə məhz Venesiya?

- Mənim iki seçimim var idi. Romada və ya Venesiyada təhsil alabilərdim. Venesiyanı seçmə səbəbim burdakı universitetdə təhsil alma haqqı qazandığımfakultə daha yaxşı idi, digər səbəb isə mənim dəniz sevgim oldu. Dəniz olmayanbir şəhərdə yaşamaq mənə çətin olar deyə düşünürəm. Seçimimdən peşman deyiləm.Venesiya kimi bir şəhərdə yaşamaq fərqli təcrübədir ki, hər adama qismət olmur.Düşünün dünyanın hər yerindən bu şəhəri görmək üçün insanlar gəlir, amma sən hərsəhər gözünü bu gözəlliyə açırsan. Buna görəüçün çox şanslı sayıram.


- Sizi tez-tez müxtəlif ölkələrdə, ekzotik yerlərdə görürəm. Bu, işlərlə əlaqədardır,yoxsa dünyanı gəzirsiniz?

- Bir dəfə bir dostum mənə demişdi ki, yaşadığımızhər an sabaha xatirədi, ona görə çalışdığımız qədər qəşəng və xoş xatirələryaratmalıyıq. Səyahət isə bunun üçün ən gözəl vasitədi. Boş yerə deməyiblər,adama gəzmək qalır. Həqiqətən də keçmişə baxanda ən gözəl və maraqlı günlərim gəzintilərimdəkeçib. Hətta instaqramda səyahət xatirələrimi bölüşdüyüm bloq səhifəm də var..Yeni ölkə, şəhərlər gəzmək, onların mədəniyyəti ilə tanış olmaq, mətbəxtinidadmaq, yeni insanlar tanımaq hər biri sizin düşüncənizə, dünya görüşünüzə, həyattərzinizə təsir edir. Həyata baxışınızda yeni pəncərələr açır. Əslində, ilkbaşda sadəcə gəzməyi sevdiyim üçün səyahət edirdim. Amma indi onunla yanaşımüxtəlif konfranslarda iştirak üçün, layihələr və başqa məsələlərlə bağlı daolur. Məsələn, sonuncu dəfə Vyanada Diaspor gənclərinin görüşü keçirilmişdi,onunla bağlı mən də dəvət almışdım. Növbəti səyahətim isə Xocalı soyqırımı həqiqətlərinindünyaya çatdırılması ilə bağlı Berlinə üz tutacağıq.


- Azərbaycanlıların diaspor təşkilatı, fəaliyyəti İtaliyada nəvəziyyətdədir?



- Gedişatdan şəxsim adına razıyam. Xüsusilə son bir ildə görülən işləriyaxından izləyirəm. Səmimiyyətlə deyirəm ki, yaxın gələcəkdə daha böyük uğurlarəldə olunacaq. Mən özüm də bunun üçün əlimdən gələni edirəm. Nəticəsi olaraqVenesiyada sədri olduğum tələbə təşkilatımız yeni fəaliyyətə başlayıb. Burdasadəcə azərbaycanlı tələbələr deyil, eyni zamanda italyan tələbələr də böyük həvəsləçalışır. Çox maraqlı layihələrimiz var, növbəti aylardan başlayaraq həyatakeçirəcəyik. Eyni zamanda Azərbaycan Gənclər Assosasiyasnın Venesiyakoordinatoruyam. Son gördüyümüz və davam etməkdə olan layihəmiz İtaliyanınbütün şəhərlərində yerləşən kitabxanalarına Azərbaycanın tarixi, mədəniyyəti,Dağlıq Qarabağ problemi və başqa mövzularda italyan və ingilis dillərindəkitabları yerləşdirməkdir. Nəzərə alsaq ki, indiyə kimi Venesiyada heç birkitabxanada bizim kitablardan yox idi. Bundan sonra italiyan və digər xariciölkələrdən olan tələbələr araşdırmalar edərkən xüsusilə də Dağlıq Qarabağ həqiqətlərinibizim aspektən görmə şansları olacaq.


- Bu cür tədbirlərin azərbaycanlılara, Azərbaycanahər hansı əsaslı xeyri olur?

- Diaspor Komitəsinin bu kimi tədbirlərin və görüşlərinsayını xüsusi ilə keçən ildən etibarən artırdığını görürəm. Görüşlərin və tədbirlərinkeçirildiyi ölkələrin səfirlikləri də öz dəstəyini əsirgəmir. Keçən ilin may ayında Romada bir görüş və bir tələbəformu keçirilmişdi. Həmin görüşün nəticəsidir ki, bizim bugün Venesiyada təşkilatımızvar. Bu ayın əvvəli Vyanada keçirilən görüşün formatı fərqli idi. Dahadüşünülmüş, çox yaxşı təşkil olunmuşdu. Dünyanın hər yerindən seçilən azərbaycanlıgənclər bir araya yığılmışdı. Bizim Diaspor Komitəsinin əməkdaşları ilə də, gəncsoydaşlarımızla da geniş müzakirələr aparmağa imkanımız oldu. Bir çox yeniidealar, fikirlər ortaya çıxdı, təkliflər hazırlanıb, göndərildi. Mən əminəmki, bu tədbirin nəticələri, effekti çox yaxşı olacaq. Çünki biz artıq digər ölkələrdəfəaliyyət göstərən təşkilatlarla, aktiv və savadlı gənclərimizlə ortaq layihələrhazırlayacağıq. Bizim növbəti görüşümüz Berlindədir. Ayın 22-si BerlindəXocalıya Ədalət aksiyası keçiriləcək. Venesiyadan 22 tələbə olaraq biz də buaksiya üçün Berlinə yola düşürük.


- İtalyanlarla dostlaşa bilirsiniz? Məncə daha çox "Kio" ilə anlaşa bilirsiniz...

- İtalyanlar çox dost sevən, mehriban millətdi. Bir çox italyan dostlarım var.Kio isə tamam başqa. Kio mənim mütəmadi getdiyim kitabxananın yanıdakı kafeninsahibinin itidi. Mən mütləq dərs oxumağa başlamazdan əvvəl orda kofemi içibsonra keçirəm kitabxanaya. Mən heyvanları çox sevdiyimdən Kio ilə elədostlaşmışıq. Səmimi desəm çox vaxt kofe bəhanəsi ilə Kio ilə oynamaq üçüngedirəm ora


"Ruhu olan hər şeyi sevirəm"


- Şeirə, ədəbiyyata meyllisiniz. Tez-tez Azərbaycan müəlliflərindən şeirlərpaylaşdığınızı görürəm. Bəzənsə özünüz səsləndirirsiniz. Bu şeir həssaslığı Azərbaycanüçün darıxmaqdan irəli gəlir, yoxsa...

- Şeirlə olan bağım çox dərin və qədimdi. Bəyəndiyim şeirləri səsləndirməkmənə ayrı zövq verir. Bundan tək zövq alan mən deyiləm bu arada. Şeir sevəndostlarım bəzən mənə zəng edib şeir oxumağımı xahiş edirlər. Şeir empati deməkdi.Sənin empati bacarığın yüksəkdisə şeirdə yazan hisləri sən də yaşaya bilirsən.Bəzən darıxdığın hisləri xatırladır sənə, bəzən xatirələri, bəzən o şeirin sənolduğunu düşünə bilirsən, o ankı ruh halındam və emosiyalarımdan asılı olaraq dəyişir.Mən ruhu olan hər şeyi sevirəm.

- İtalyandostları Azərbaycan mətbəxinin dadına öz əl işinizlə daddırmamış olmazsınız...

- Əlbəttə. Yemək bişirməklə aram çox yaxşıdı. Dediklərinə görə əlimindadı da var. Mən paylaşmağı sevdiyimdən nə vaxt qəşəng yemək bişirsəm mütləqdostlarımı dəvət edirəm. İtalyanlar öz mətbəxtləri və kofeleri ilə fəxr edirlər.Dünyada ən yaxşı olduqlarını düşünürlər. Burda başqa ölkələrin restoranlarınanadir hallarda rast gəlmək olar. Hələ amerikan pizzasını və kofesini görən gözləriyoxdu. Bir dəfə bilməyib bir italyan dostuma demişdim amerikan pizzasını dahaçox xoşlayıram, dəli olmuşdu. Bütünbunlara baxmayaraq mənim bişirdiyim yeməkləri bəyənirlər.


lk görüşdə aşiq olmuşam"



- Venesiya bir çox romantiklərin xəyallardaqurduğu şəhərdir. Şəhər öz sevgisi, romantikası ilə sehrinə sizi salmayıb?

- Mən Venesiyaya ilk görüşdə aşiq olmuşam. Mənim ağlım almır bir şəhərinhər küncü, hər nöqtəsi necə bu qədər gözəl ola bilər?! Şəhərin ruhu necə beləincə ola bilər? Şəhərə ayaq basdığınız an sizi qucaqlayır. Bura mənim üçün o qədərözəl və dəyərlidir ki. İkinci evimdi. Heç yerdə özümü burda olduğum qədər rahatvə xoşbəxt hiss etmirəm. Romantik yerləri turist olmayan yerləri və gecələridi.Labirint küçələrində asanlıqla yolunu itirə bilərsən. Bir cütlüyün Venesiyadabaşına gələ biləcək ən qəşəng şeydi.


- Təhsilinizibitirdikdən sonra Avropada qalmaq planınız var, ya Azərbaycana dönmək?

- Hazırda təşkikatın işləri ilə bağlı burda qalmağa davam etməyidüşünürəm. Sonrası qarşıma çıxacaq imkanlardan asılıdır.

- Əgər dönsəniz aldığınız təhsil, mədəniyyətəuyğun olaraq Azərbaycanda nə kimi dəyişikliklər etmək fikriniz var?



- Azərbaycana qayıtsam gender bərabərliyi, qadın haqları üçün işləməkistəyərəm. Əslində qayıtmasam belə bununla bağlı layihələr hazırlamaq planlarımarasındadır. Təəssüf ki, Azətbaycanda qadına qarşı zorakılıq, qadın cinayətləri,yaşadıqları problemlərin say-hesabı yoxdur. Bu mövzu həssas olduğu qədər çox önəmlidir.Qadın olmağın bizim cəmiyyətdə nə qədər çətin olduğunu mən özümdən bilirəm.



"Avroplalılardaailə dəyəri yüksəkdir"


- Azərbaycanlılarla italyanların əsas fərqləri nələrdir?

- Ən böyük fərq mentalitet fərqidir. İnsanlar burda daha açıq fikirli,yeniliyə açıqdırlar. Heç kəs başqasının həyatına, işinə, qərarlarına qarışmır,yarğılamır. İnsanlar öz həyatlarını istədiyi kimi yaşayır. Bizdə isə elə deyil.Bizdə cəmiyyətdə bu baxımdan ciddi boşluqlar var. Başqalarının həyatını öz həyatlarındandaha maraqlı gəlir. Digərlərinin həyatına müdaxilə etmək üçün verdikləri efortuöz həyatları üçün versələr bəlkə də dünyanın ən xəşbəxt insanlarıolacaqlarından xəbərləri yoxdu.

- Bəs oxşarlıqları?

- İnsanları bizə oxşayır. Mehriban, dostcanlıdırlar. Həm də ailə dəyərləriyüksəkdi və ailələrinə bağlıdırlar. Çox adam düşünür ki avropalılarda ailə dəyəriyox, uşaqların valideynlər və ya valideynlərin uşaqlar vecinə deyil. Mən bufikirlə qəti şəkildə razı deyiləm. Bütün bayramları burdakı tələbələr mütləqailələrinin yanına gedir, onlarla vaxt keçirirlər.

- Tələbə yoldaşlarınızla qalırsınız?

- Bəli, hal-hazırda Cənubi Koreyalı bir tələbə xanımla evi bölüşürük.

- Təhsil xərclərinizi kimödəyir? Yəni dövlət hesabına getmisiniz ya şəxsi istək?

- Mən İtaliyanın region təqaüdü ilə təhsil alıram. Düzü Azərbaycandan gələntələbələrin əksəriyyəti bu təqaüdlə İtaliyada təhsil alır. Bu səbəbdən İtaliyadaazərbaycanlı tələbə sayı digər avropa ölkələrinə nisbətdə daha çoxdu.


"Orda tələbələr qayıb üçün dərsə getmir"


- Təhsilimizarasında hansı fərqlər var?

- Bakı Dövlət Umiversitetində Boloniyasistemi olsa da sistem tam tətbiq olunmur. Məncə ən böyük fərq elə yanaşma fərqidir,həm müəllimlərim həm də tələbələrin. Azərbaycan bir çox müəllim sadəcə dərsəgedir ki, dərsimi keçim maaşımı alım. Tələbə isə qayıb almamaq üçün dərsəgedir. Burda isə elə deyil. Dərsə gəlmək tələbənin öz seçimidi və tələbə nəsə öyrənməküçün gedir. Professorlar isə çox məsuliyyətlidilər. Və qəti şəkildə korrupsiyayoxdu. Hətta mənim burda bir sevimli müəllimim var, Ona Bakıdan suvineraparmışdım amma onu belə götürmədi ki, universitetin qaydalarına ziddi. Burdaumiversitetdə müəllim olmaq üçün insanlar çox əziyyət çəkir, doktoranturaoxumayıb müəllim olan demək olar ki yoxdur. Amma Azərbaycanda magistr təhsilialan da rahatlıqla gedib heç bir təcrübəsi olmadan müəllim işləyir.


- Su üzərində üzən şəhərdə nə vaxtsa boğulanvaxtınız olub?

- Yox, olmayıb. Amma yadıma Burano adasında yıxılmağım düşdü. Bir tanışım gəlmişdiVenesiyaya qonaq, sonrakı gün dedik gedək Buranonu da gəzək. Burano Venesiyanınnağıllar aləmidi. Rəngbərəng evlər, kanallar, hər evin qapısında asılan fərqlirəngli pərdələr, hər pəncərədə qoyulan dibçəklər fərqli abu-hava yaradır. Mənimhəmin gün orda ayağım burxuldu yıxıldım. Sonrasında 10 gün yeriyə bilməmişdim.Bura ilə bağlı tək pis xatirəm odur.


- Azərbaycançün darıxanda daha çox nəyi, kimi vəharanı özləyirsiniz?

- Ailəm, dostlarım və yeməklər üçün darıxram. Yemək bişirirəm, ammabizim yeməklər çox vaxt və əziyyət tələb etdiyi üçün tez-tez bişirmək alınmır.Adətən görəndə ki, orda nəsə yığıncaq var hamı yığışıb, amma sən onlarınyanında deyilsən, onda üzülürəm. Keçən il yaxın rəfiqələrimdən birinim toyuidi. İmtahanım var idi deyə gedə bilməmişdim. Kitabxanada Eyyub Yaqubovu dinləyibağlayırdım. Bura da mənim ikinci evimdir və mənə doğma olan cox sayda insanvar. Həyat çox sürətlə keçir. Artıq üç il olacaq, mən burada yaşayıram. Burdakıazərbaycanlı tələbələrlə yığışıb qonaqlıq edirik. Özümüz yeməklər bişirdik. Beləşeylər bizi burda birləşdirir. Məsələ yemək də deyil, hər kəs ora o doğmalığıhiss eləmək, kimisə hiss eləmək üçün gəlir. Nə qədər uzaqda da olsaq biz azərbaycanlıyıq.Bunu burda hiss eləmək, birgə olmaq bizə güc verir.

- "Venesiyaya məktublar” adlı silsilə şeirlər yazıram. Kitab kimi dərcolunacaq. Sizcə o məktublarım Venesiyada ünvanına çata biləcək? Venesiyalıqızlar sevgi və bu kimi məsələlərdə qəddar deyil ki?

- Xəbərim var "Venesiyaya məktublar” şeirlərindən. Hamısını oxumuşam, ammaən çox birincini sevmişdim. Niyə də çatmasın? Məncə çatacaq. Bunun üçün mən tərəfdəndə nə köməklik lazım olsa edəcəm. İtalyanlar qəddar deyillər. Dedim axı, çoxmehribandılar. Sevəcəklər.


Söhbətləşdi: Emin PİRİ