adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
15 Aprel 2024 10:58
409
GÜNDƏM

139 yaşı olan erməni qəbiristanlığı  6-cı dəfə yandırıldı - Kaliforniyada

Yəqin ki, bir çoxunuz bilirsiniz ki, ABŞ ermənilərin sayına görə , Rusiya ermənilərindən sonra Ermənistan kənarında yaşayan ikinci ən böyük ölkədir. Beləki, 2011-ci ildə ABŞ-da əhalinin etnik tərkibi üzrə aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, Amerikada yaşayan əhalinin 483.366 nəfəri etnik baxımdan ermənidir. Sonuncu dəfə ABŞ-da ermənilərin sayı 2018-də dəqiqləşdirliməyə çalışılmış, müxtəlif hesablamalara görə, bu ölkənin 2 milyona qədər erməni əhalisi olduğu bildirilir.

Bilirsiniz, erməni çox olan yerdə erməni qəbristanlığı da mövcud olur. Ermənilərin ən sıx yaşadığı Kaliforniya ştatının Fresno şəhəri də artıq erməniləşib.

Burada Ararat Massis erməni qəbiristanlığı və ya sadəcə Ararat qəbiristanlığı yerləşir ki, ötən gün bu erməni qəbiristanlığı yenidən yandırılıb.

Oxucularımıza məlumat üçün bildirim ki, Ararat qəbiristanlığı 25 dekabr 1885-ci ildə yaradılıb. Moses J Kilsəsi Fresnonun erməni icması üçün yer ayırdıqdan sonra ermənilər burda gömülür.

1919-cu il iyunun 9-da Ararat qəbiristanlıqlar cəmiyyəti yaradıldı. 1930-cu ildə yanğın Ararat qəbiristanlığı bağlı bir çox tikililəri məhv etdi . 1956-cı ildə dərnəyin səyləri ilə qəbiristanlıq genişləndirildi və qəbiristanlığın yanında iki hektar torpaq sahəsi əldə edildi. 1969-cu ildə daha da genişlənmə baş verdi və qəbiristanlıq Ararat Masis qəbiristanlığı adlandırıldı .



Qəbiristanlıqda qondarma erməni soyqırımının yalançı zərərçəkmişlərinin xatirəsinə abidə də ucaldılıb. Abidəyə Suriyanın Deyr Zor şəhərindən gətirilən naməlum digər "qurbanların" sümükləri daxildir
Hazırda erməni mediası bu yanğından danışır. Çünki bu şər məkanına ermənilərin qəhrəmanları da gömülüb: Türkiyənin diplomat oğlu Tələt Paşanın qatili Soqomon Teyliryan, terrorçu Andranik Ozanyan, rəsmi şəxs Viktor Maqakyan və ABŞ yazıçısı Vilyam Saroyan burada basdırılıb.
Maraqlıdır ki, yanğının yanvarın əvvəlindən bəri altıncı dəfə baş verir və cinayətkar tapılmır.

Qeyd edək ki, Ararat Massis qəbiristanlığı bir əsrdən artıq müddətdə Ermənistan və Yaxın Şərqdən kənarda tikilmiş yeganə erməni qəbiristanlığı idi.
Qəbiristanlıq rəhbərliyi baş verənləri məqsədyönlü nifrət cinayəti hesab edir.

 Əntiqə Rəşid