adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Iyul 2018 11:08
11285
MƏMLƏKƏT

Xaricdə Azərbaycan məhsullarına tələbat artır

"Azexport" yeni beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Adalet.az-a verilən məlumata görə, "Azexport.az" portalı "Made in Azerbaijan” brendi məhsullarının ixrac coğrafiyasını genişləndirmək və yerli istehsalçılara yeni potensial müştərilərin tapılmasında dəstək olmaq məqsədilə daha bir neçə beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlayıb.

Portal ziyarətçilərinin əsas hissəsini Körfəz və Okeaniya ölkələri təşkil edən www.go4worldbusiness.com, Hindistan bazarını əhatə edən www.tradeindia.com, www.indiamart.com vəMDBölkələrində son illərdə aqrar məhsulların satışında ixtisaslaşan www.agrorubo.ru kimi beynəlxalq elektron satış portallarına inteqrasiya edilib.

"Azexport" portalının rəhbəri Zaur Qardaşov bilidirib ki, yeni portallara inteqrasiya ənənəvi bazarlardan fərqli yeni bazarlara çıxış imkanları təqdim etmək və "Made in Azerbaijan” məhsullarının ixrac istiqamətlərinin genişləndirilməsində böyük rol oynayır: "Portallara inteqrasiya olunan ilk günlərdən Hindistandan meyvə-tərəvəz məhsulları və Körfəz ölkələrindən toyuq əti və toyuq yumurtası ilə bağlı sorğular daxil olub. Qeyd olunan portalların ümumi əhatə dairəsi 1.5 milyard istifadəçi təşkil edir”.

Qeyd edək ki, "Azexport" portalı ilk gündən www.amazon.com, www.alibaba.com, www.all.biz, www.agroserver.ru və digər bu kimi portallarla əməkdaşlıq edir və bunun sayəsində Azərbaycan məhsullarına görə beynəlxalq bazarlardan bu günə kimi 800 mln.ABŞdollarından artıq sorğular daxil olub.

Portal bundan sonra da əməkdaşlıq edəcəyi portalların siyahısının genişləndirilməsini nəzərdə tutur.