Xanyurdu kəndinə daha 18 ailə köçürülüb
Oktyabrın 8-də Xocalının Xanyurdu kəndinə növbəti köç olub.
Adalet.az xəbər verir ki, ölkəmizin müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmış 69 nəfərdən ibarət 18 ailə bu gün Xanyurdu kəndinə qayıdıb.
Rəsmilər sakinləri doğma kəndlərinə qayıdışı münasibətilə təbrik edib, yeni tikilmiş evlərinin açarlarını onlara təqdim ediblər.
Qeyd edək ki, Xanyurdu kəndində sakinlər üçün müasir standartlara uyğun fərdi evlər inşa olunub, elektrik, qaz, su təchizatı, rabitə və internet infrastrukturu tam şəkildə təmin edilib. Bu günədək Xocalı rayonunun Xanyurdu kəndinə 69 ailədən ibarət 237 nəfər keçmiş məcburi köçkün köçürülüb.
Digər Xəbərlər
06 Dekabr 2025 21:00
“VEST PARK” MMC Bakıda tarixi binanı zədələdi
06 Dekabr 2025 16:35
Hava yenidən PİSLƏŞƏCƏK: Leysan olacaq, qar yağacaq
06 Dekabr 2025 12:11
Naxçıvan dəmir yolunun Ermənistanla sərhədindəki tikintidən YENİ GÖRÜNTÜLƏR
06 Dekabr 2025 10:48


Bakı -°C

