adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Mart 2024 12:23
1286
KRİMİNAL

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün Xankəndi şəhərində silah-sursat aşkarlanıb.

Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisindən ümumilikdə üç avtomat silahı, yeddi qumbara, altı tank əleyhinə qumbaraatan, dörd mina, 21 alışdırıcı, 29 patron darağı, 4 200 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.