Xankəndi, Xocalı və Ağdərədə teleradio yayımının təşkili müzakirə olundu
Audiovizual Şura tikilməkdə olan "Xankəndi" radio-televiziya yayım stansiyasından (RTYS) televiziya və radio yayımının təşkili məsələsini müzakirə edib.
Şuradan Adalet.az-a verilən məlumata görə, hazırda Qarabağda televiziya və radio yayımı "Şuşa", "Şahyeri", "Turşsu", "Həsənriz kənd" və bir sıra başqa RTYS-lərdən yayımın həyata keçirilməsi hesabına aparılır.
"Xankəndi" RTYS istifadəyə verildikdən sonra Qarabağ və Şərqi Zəngəzurda televiziya və radio yayımının əhatə dairəsi daha da genişlənəcək. Xankəndi, Xocalı, Ağdərə şəhərləri tam olaraq müasir standartlı rəqəmsal yerüstü televiziya və radio yayımı ilə, habelə analoq FM radio yayımı ilə əhatə olunacaqdır. İclasda işğaldan azad edilmiş ərazilərdə müasir teleradio yayım şəbəkəsinin qurulması istiqamətində infrastruktur operatoru olan "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İB-nin, habelə həmin bölgələrdə istifadəyə yararlı, boş radiotezliklərin müəyyən olunub istismara verilməsi sahəsində Dövlət Radiotezliklər İdarəsinin gördüyü işlər qeyd edilib və təqdir olunub.
Müzakirələrdən sonra Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlar və infrastruktur operatorunun ehtiyacları nəzərə alınaraq tikilməkdə olan "Xankəndi" RTYS-dən istismara verildikdən sonra DVB-T2 standartlı rəqəmsal yerüstü televiziya yayımının, DAB+ standartlı rəqəmsal yerüstü radio yayımının həyata keçirilməsi üçün müvafiq radiotezliklərin "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İB-nin istifadəsinə ayrılması haqqında qərarlar qəbul olunub.
Həmçinin, istismara veriləndən sonra ümumölkə radio yayımçılarının proqramlarının "Xankəndi" RTYS-dən analoq FM yayımının təmin edilməsi üçün müvafiq radiotezliklərin ümumölkə və həmin bölgədə fəaliyyət göstərən regional yerüstü radio yayımçıların istifadəsinə ayrılması ilə bağlı da qərar qəbul olunub.
Digər Xəbərlər
13 Fevral 2026 14:16
Mətbuat Şurası Azərbaycan Televiziyasını təbrik etdi
10 Fevral 2026 13:31
“Media haqqında” qanuna dəyişiklik edilir
09 Fevral 2026 12:31
Bu məlumatları yayan media subyekti məsuliyyət daşıyacaq - Ali Məhkəmə
06 Fevral 2026 15:29
Mətbuat Şurası liseyindəki hadisə ilə bağlı jurnalistlərə çağırış etdi
03 Fevral 2026 18:31
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib - FOTOLAR
03 Fevral 2026 12:05
Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış etdi
27 Yanvar 2026 16:25
MEDİA Azərbaycan-Türkiyə strateji müttəfiqliyini hədəf alan dezinformasiyaya münasibət bildirdi
27 Yanvar 2026 11:54


Bakı -°C

