adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Oktyabr 2014 15:17
4571
ƏDƏBİYYAT

Xalq yazıçısı Mirzə İbrahimov anıldı

N.Nərimanovun ev-muzeyində görkəmli yazıçı,dramaturq, ictimai xadim, Xalq Yazıçısı Mirzə İbrahimovun xatirəsi anılıb.Muzeyin direktoru Kamilə Hüseynova M.İbrahimovun yaradıcılığındansöhbət açıb. O, Azərbaycan dramaturgiyasında ilk dəfə Nəriman Nərimanovun bədiiobrazını da məhz Mirzə İbrahimovun yaratdığını xatırladıb.
 K.Hüseynova bildirib ki, zəmanəsinin tanınmışyazıçılarından biri olan Mirzə İbrahimov ədəbi yaradıcılığa 1930-cu ildə dərcetdirdiyi "Qazılan buruq” şeiri ilə başlayıb. Onun "Gələcək gün” romanı,"Fırtına quşu” və "Güləbətin” povestləri, "Cənub hekayələri” silsiləsi müəllifinitez bir zamanda tanıdıb.
M.İbrahimovun "Pərvanə” roman-epopeyası XIX əsrinsonu XX əsrin əvvəllərində Azərbaycan həyatına, N.Nərimanovun inqilabi fəaliyyətinəhəsr olunub. "Böyük dayaq” romanı xalqın mənəviyyatını, həyat tərzini, əxlaqını,dünyagörüşünü mükəmməl əks etdirən bədii əsərdir ki, onun əsasında film çəkilib.Yazıçının ədəbiyyat tarixinə, bədii yaradıcılığın nəzəri problemlərinə, ədəbi əlaqələrədair məqalələri, publisistik əsərləri, o cümlədən C.Məmmədquluzadəyə həsredilmiş "Böyük demokrat” monoqrafiyası müəllifinə bir alim kimi də böyük şöhrətgətirib.
Vurğulanıb ki, sağlığında və ölümündən sonraçoxcildlikləri nəşr edilən böyük yazıçının əziz xatirəsi heç zaman yaddaşlardansilinməyəcəkdir.