adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Oktyabr 2018 14:57
21130
MƏDƏNİYYƏT

Xalq Yazıçısı İlyas Əfəndiyevin Fəxri Xiyabandakı məzarı ziyarət olunub

Bakı Xoreoqrafiya Akademiyası(BXA) TəhsilKompleksinin professor-müəllim və tələbə heyəti Azərbaycan dramaturqu, yazıçısı,əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, xalq yazıçısıİlyas Əfəndiyevin xatirəsini ehtiramla anıb, məzarı üstünə əklil və təzə-tərgüllər qoyublar. 

Anım mərasimində Azərbaycandili və ədəbiyyatı kafedrasınınmüdiri, professor Vəfa Əliyev çıxış edərək:” Bu gün XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindənbiri, görkəmli xalq yazıçısı İlyas Əfəndiyevin anım günüdür.XX əsr Azərbaycan ədəbiyyatınıninkişafında böyük xidmətləri olan, zəngin bədii yaradıcılığı ilə çoxəsrlik ədəbiyyatxəzinəmizə misilsiz töhfələr bəxş etmiş, həm ölkəmizdə, həm də xarici ölkələrdəgeniş şöhrət qazanmış ölməz sənətkarımız İlyas Əfəndiyevin əsərləri tariximizinvə müasir dövrümüzün bədii salnaməsidir”-deyə fikirlərini bölüşüb.V.Əliyev onu da qeyd edib ki, İlyas Əfəndiyevin yaratdığıəsərlər bu gün də özaktuallığını qoruyub saxlayır. Daha sonra tədbiriştirakçıları ölümündən 22 il ötən XX əsrAzərbaycan ədəbiyyatının klassiki və görkəmli sənətkarının, həyat vəyaradıcılığından danışaraq onun Azərbaycan ədəbiyyatı və teatrınıninkişafındakı xidmətlərindən bəhs ediblər.