adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Aprel 2019 18:40
15710
ƏDƏBİYYAT

Xalq Yazıçısı Çingiz Abdullayevlə görüş

Aprelin 4-də AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı MuzeyininAran Regional filialı, Kürdəmir Regional Mədəniyyət İdarəsi ilə birgə dünyaşöhrətli detektiv yazar, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi,Azərbaycan PEN klubun prezidenti Çingiz Abdullayevlə kürdəmirli oxucularıngörüşünü keçirmişdir.

Görüşü Muzeyin AranRegional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızıaçaraq yazıçının həyat və yaradıcılığı haqqında qısa məlumat verərək yazıçının qəhrəmanlarınıntipik xüsusiyyətləri və dünya siyasi dedektiv janr əsəbiyyatında ÇingizAbdullayevin yeri və rolu haqqında fikirlərini bildirmişdir.

Aparıcı çıxışınınsonunda Çingiz Abdullayevə 60 illik yubileyi ərəfəsində görüşə gəldiyi üçün kürdəmirlioxucuları adından minnətdarlığını bildirmiş və təbrik etmişdir.

Sonra yazıçı söz alaraq yaradıcılığı,həyatı, əsərlərinin sujet xətti, filmləri, haqqında oxucuların çoxsaylısuallarını cavablandırmış, dünyada və ölkəmizdə baş verən ictimai-siyasihadisələrə öz münasibətini bildirərək onlarla fikir mübadiləsi etmişdir.Oxuculardan Namiq Ağayev, Əsbət Musayeva,Şəfəq Ağayeva, Zahirə Həsənova, NaziləBünyatova, İradə Mahmudova, Yadigar Təvəkkül ,Ağarza Babayev yazıçının əsərlərihaqqında söylədikləri mülahizələri və sualları Çingiz Abdullayevi sözün yaxşımənasında təəccübləndirmiş, savadlı və diqqətli oxucularına minnətdarlığınıbildirmişdir.

Görüşdə yazıçınınəsərləri əsasında çəkilmiş "Dronqo”, "Xeyirlə şərin rəqsi” filmlərindən birepizod nümayiş etdirilmişdir.

Görüşün sonundayazıçıya yubileyi münasibətilə hədiyyə və gül dəstələri təqdim edilmişdir. Xalq yazıçısı görüş ərzindəelan olunmuş müsabiqənin şərtinə görə, ona ünvanlanmış ən yaxşı suala vəəsərlərinin ən yaxşı oxucusu müsabiqəsinin qaliblərinə yeni nəşrdən çıxmışkitablarını hədiyyə etmişdir. Oxucular yazıçını əhatəyə alaraq yeni aldıqlarıkitabları imza etdirmiş, yazıçı ilə xatirə şəkilləri çəkdirmişlər.

Xalq yazıçısı Çingiz Abdullayev də,oxucuları da bu görüşdən məmnun qalmış, minnətdarlıqlarını və uzun müddətgörüşün təəssüratlarından ayıla bilməyəcəklərini bildirmişlər.