adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Dekabr 2016 09:17
21572
ƏDƏBİYYAT

Xalq şairi Məmməd Arazın anım günüdür

Dekabrın 1-i AzərbaycanınXalq şairi, tərcüməçi-publisisti, Əməkdar incəsənət xadimi Məmməd Arazın anımgünüdür. Azərbaycan oxucusu tərəfindən ən çox müraciət olunan, sevilən şairlərindən biri, ən əsasıhəqiqətən də ümumxalq şairi olan Məmməd Arazın bu gün haqq dünyasına qovuşduğugündür: şair 2004-cü il, qışın ilkgünündə 71 yaşındaykən aramızdan cismani olaraq ayrıldı, adı, yaradıcılığı, məktəbiisə bu dünyada, ədəbiyyatımızda, tariximizdə qaldı.  

Məmməd Araz1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub.Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsilalıb. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ƏdəbiyyatKurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi,"Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatındabaş redaktorun müavini işləyib. 1974-cü ildənömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub.Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.

Məmməd Araz vətənə,xalqına bağlı olan və bu məhəbbətini ürək yanğısı ilə qələməalan sənətkarlardan idi. Xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti RəyasətHeyətinin Fəxri Fərmanları, Azərbaycan Respublikasının İstiqlal ordeni (1995) ilətəltif edilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatı olub(1992). Onun adına "Məmməd Araz" mükafatı təsis olunub (1993-cü ildən).Amma bütün yaradıcılığı boyu xalqına, adət-ənənələrinə, dərd-sərinə söykənənşeiriyyatı dəfələrlə yüksək səviyyədə mükafatlandırılsa da, onun qəlbən ən böyükmükafatı aid olduğu millətinin sevgisi, sayğısı idi:

Heç birmükafatın yetmədi mənə,

Bircə "sağolun" da bəsimdi, Vətən!

Bəsimdi, hər səhərtəltif yerinə,

Qapımda küləyinəsibdi, Vətən!

 

Allah rəhmət eləsin!