Xalq nağılına həsr olunan poçt markaları buraxılıb
Özbəkistan Respublikası İnformasiya Texnologiyalarının və Kommunikasiyaların İnkişafı Nazirliyi "Özbək xalq nağılları” seriyası çərçivəsində "Zumrad və Kimmat” adlı nağıla həsr olunan poçt markalarını dövriyyəyə buraxıb.
Adalet.az-ın məlumatına görə, cüt şəklində çap olunan seriya beş poçt markasından və bir kupondan ibarətdir.
Poçt markalarının üzərində "Zumrad və Kimmat" adlı özbək xalq nağılına aid təsvirlər yer alıb. Kuponda nağılın adı, rəsm müəllifinin adı və soyadı öz əksini tapıb.
Bu seriyadan olan poçt markaları 30х42 mm ölçülərində hazırlanıb və tiraji 8 min nüsxə təşkil edir. Eyniləşdirmə nömrələri verilərək nominallar müəyyən olunub.
Bu maraqlı layihə rəssam X.Sadikova və dizayner E.Kartseviça məxsusdur.
Digər Xəbərlər
29 Aprel 2024 14:57
İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52İranın mədəniyyət naziri Azərbaycana gələcək
27 Aprel 2024 16:23Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
26 Aprel 2024 17:33