adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Iyun 2020 12:39
47015
ŞOU-BİZNES

Xalq artistinin özündən gözəl qızı da müğənni olmaq istəyir - Dəniz...

Hər zaman zərafəti, kübarlığı ilətamaşaçılarının məhəbbətini qazanmağı bacaran Xalq artisti Zülfiyyə Xanbabayeva 2-3 il əvvəl qızı haqqında danışarkən söyləmişdi ki, Dəniz bilir kiminqızıdır, amma onun üçün ilk növbədə anayam: " Və o mənə etibar edir. Mən onunzövqünü körpəlikdən formalaşdırmağa başlamışam. Heç zaman düşünməmişəm ki, uşaqmütləq əlvan geyinməlidir. Dənizin qarderobunda qara rənglər də var. Artıq 9yaşında olmağına baxmayaraq, hərdən Dəniz mənə hər hansı paltarı göstərəndə mənonun bir neçə geyimi uyğunlaşdırmağından anlayıram ki, artıq onun öz üslubu,zövqü formalaşıb. Uşaq olanda mənim zövqümü heç kim formalaşdırmayıb və mənbilmirəm bu məndə necə əmələ gəlib”.

Bu günlərdə isə sevilən müğənninin qızı haqqında danışdığıgörüntülər sosial şəbəkədə marağa səbəb olub.

Adalet.az xəbər verir ki, xalq artisti "ZaurlaGünaydın" verilişində qonaq olarkən qızı Dəniz haqqında danışıb. O,bildirib ki, atası qızının hüquqşünas olmağını istəsə də, Dəniz müğənni olmaqistəyir:

"Bir müddət həkim olmaq istədi. Amma atası onu hüquqa yönəltmək istəyir.Amma bəzən özü "bəlkə mən müğənni olum” deyir. Qəşəng rəqs etməyi var, səsi dəgözəldir".

Qeyd edək ki, hazırda Dənizin 13 yaşı var.

Əntiqə Rəşid