Xalq artistinin anım gecəsi keçirilib
Akademik Milli Dram Teatrında xalq artisti Sofa Bəsirzadənin 100 illik yubileyi münasibəti ilə anım tədbiri keçirilib.
Adalet.az-ın məlumatına görə, anım mərasimi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Sofa Bəsirzadənin milli teatr və kino sənətinin inkişafındakı xidmətlərindən danışılıb, onun rol aldığı səhnə və ekran əsərlərindən fotosərgi nümayiş olunub.
bölüşüblər. Daha sonra Sofa Bəsirzadənin xatirəsinə həsr olunan "Müfəttiş” tamaşası nümayiş olunub.
Akademik Milli Dram Teatrının bədii rəhbər Azər Paşa Nemətov S.Bəsirzadə ilə bağlı xatirələrini bölüşüb, onun Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərindən danışıb.
Xalq artistləri Hacı İsmayılov, Səidə Quliyeva və İlham Namiq Kamal onun haqqında geniş çıxış edib,xatirələrini bölüşüblər. Daha sonra Sofa Bəsirzadənin xatirəsinə həsr olunan "Müfəttiş” tamaşası nümayiş olunub.
Digər Xəbərlər
27 Aprel 2024 16:23
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
26 Aprel 2024 17:33Aktrisa: “İnanclara inanmıram”
26 Aprel 2024 13:03“CineMastercard”da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO
26 Aprel 2024 10:52Ağdam Cümə məscidində ilk Azan oxundu - VİDEO
24 Aprel 2024 11:24