Xalq artistinin 70 illiyi qeyd olunacaq
Mayın 2-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış tarzən, xalq artisti, "Şöhrət” ordenli Ramiz Quliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş "Səslən tarım” adlı tədbir keçiriləcək.
Adalet.az-ın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi və filarmoniyanın birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə sənətkarın həyat və yaradıcılığından danışılacaq, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq. Tədbir konsert proqramı ilə davam edəcək.
Konsertdə yubilyarın özü ilə yanaşı, respublikanın bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış edəcək.
Digər Xəbərlər
27 Aprel 2024 16:23
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
26 Aprel 2024 17:33Aktrisa: “İnanclara inanmıram”
26 Aprel 2024 13:03“CineMastercard”da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO
26 Aprel 2024 10:52Ağdam Cümə məscidində ilk Azan oxundu - VİDEO
24 Aprel 2024 11:24