Xalq Artisti yad ediləcək
Aprelin 5-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq Artisti Ramiz Mirişlinin bəstələdiyi mahnılardan ibarət konsert proqramı təşkil olunacaq.
Konsertdə Xalq artistləri Samir Cəfərov, Nazpəri Dostəliyeva, Bilal Əliyev, Gülyanaq, Gülyaz Məmmədovalar, Nəzakət Teymurova, Əməkdar artistlər Emil Əfrasiyab, Zöhrə Abdullayeva, Mətanət İsgəndərli, Cavanşir Məmmədov, Firuzə İbadova, Gülüstan Əliyeva, Bəyimxanım Vəliyeva, Lalə Məmmədova, Könül Kərimova, Manana, müğənnilər Səbinə Ərəbli, Nadir Qafarzadə, Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Sevda Yəhyayeva, Zabitə Alıyeva və "Sevil” qrupu iştirak edəcək.
Gecədə bəstəkarın "Bir könül sındırmışam”, "Dalğalar”, "Sənsən”, "Səni tapdı”, "Oxu bülbül”, "Səadət”, "Əlvida”, "Qızıl gülüm”, "Bir xumar baxışla”, "Yandım elə yandım”, "Güləndam” və digər sevilən mahnıları ifa olunacaq.
Biletləri "iticket.az” saytından onlayn, şəhərin kassalarından və "ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür.
Digər Xəbərlər
03 May 2024 21:51
Türkiyənin Qara dənizi “2024-cü ildə ziyarət edilməli ən yaxşı yerlər” siyahısında - FOTOLAR
03 May 2024 17:24"Xoreoqrafiya sənətinin aktual problemləri"nə həsr olunmuş III Beynəlxalq simpozium keçirilib
03 May 2024 16:01“Uğurun Zirvəsi 2” tədbiri keçirilib - FOTOLAR
03 May 2024 11:27İçərişəhərə giriş məhdudlaşdırılacaq
01 May 2024 11:14