adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Yanvar 2018 16:37
21927
MƏDƏNİYYƏT

Xalq artisti reanimasiyaya yerləşdirildi

Respublikanın Xalq Artistı, Lənkəran Daram Teatrının aktrisası Böyükxanım Əliyeva xəstəxanaya yerləşdirilib.

Aktrisanın qızının kulis.az-a verdiyi məlumata görə, Böyükxanım Əliyevanın vəziyyəti gecədən pisləşib, boğulma baş verib. Bu gün səhər aktrisanı M.Nağıyev adına xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər. Ona ürək çatışmazlığı diaqnozu qoyulub.

Aktrisanın qızının sözlərinə görə, anası 10 ildən artıqdır ki, ürək xəstəliyi ilə mübarizə aparır. Həkimlərin onun vəziyyətini orta ağır qiymətləndirir.