Xalq artisti Rafael Dadaşov xəstəxanadan evə buraxılıb
Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, xalq artisti Rafael Dadaşov xəstəxanadan evə buraxılıb.
Bu barədə Adalet.az-a Rafael Dadaşov özü məlumat verib. O bildirib ki, səhhətindəki problemlər tam aradan qaldırılmasa da, özünü nisbətən yaxşı hiss edir: "İlk günlərlə müqayisədə əlbəttə, yaxşıyam. Təzyiq problemi qaydasına düşüb, məni kəskin şəkildə narahat etmir. Həkimlərin məsləhəti ilə evə buraxıldım, amma bu, o demək deyil ki, müalicələr davam etməyəcək. Ola bilər, növbəti günlərdə yenidən həkimə müraciət edim. Çünki tam sağalmışam deyə bilmərəm. Tamaşaçılar, mənim sənətimi qiymətləndirən insanlar narahat olmasınlar, səhhətimdə ciddi mənada problem yoxdur. Mənimlə maraqlanan, mənə görə qayğılanan insanlara minnətdaram, inanıram ki, hər şey yaxşı olacaq”.
Qeyd edək ki, xalq artisti Rafael Dadaşov mayın 8-də Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yeriləşdirilmişdi.

Digər Xəbərlər
03 May 2024 21:51
Türkiyənin Qara dənizi “2024-cü ildə ziyarət edilməli ən yaxşı yerlər” siyahısında - FOTOLAR
03 May 2024 17:24"Xoreoqrafiya sənətinin aktual problemləri"nə həsr olunmuş III Beynəlxalq simpozium keçirilib
03 May 2024 16:01“Uğurun Zirvəsi 2” tədbiri keçirilib - FOTOLAR
03 May 2024 11:27İçərişəhərə giriş məhdudlaşdırılacaq
01 May 2024 11:14